Şri-Lankanın paytaxtı Kolomboda törədilmiş terror aktı zamanı Danimarkanın ən zəngin iş adamı, “Bestseller” mağazalar şəbəkəsinin sahibi, “Asos” şirkətinin əsas səhmdarı, 4,5 milyard dollar sərvətə sahib Anders Holç Povlsenanın 3 uşağı həlak olub.
Biznesmen həyat yoldaşı Anna və 4 övladı ilə birlikdə Şri-Lankada istirahət edirmiş.
Milyarderin 18 yaşlı qızı Alma hadisədən 4 gün öncə instaqram hesabında bacıları-Astrid və Aqnes və qardaşı Alfredin adada hovuzun ətrafında çəkilmiş şəklini paylaşıb.
Terrakt nəticəsində 4 uşaqdan yalnız birinin sağ qaldığı haqda məlumat yayılıb, lakin məhz hansının yaşadığı açıqlanmır.
Qeyd edək ki, Şri-Lankada baş vermiş 8 güclü partlayış nəticəsində 290 nəfər ölüb, 500 nəfər yaralanıb.