Yaponiyanın “SoftBank”, “Toyota” və “Denso” şirkətləri səhmdar kimi iştirak ediblər.
“Uber” şirkəti Yaponiyanın səhmdarlar konsorsiumu ilə “Uber”-in “Advanced Technologies” avtobölməsinə 1 milyard dollar həcmində investisiya qoymaq barədə danışıqlar aparıb, belə ki, “Uber”-in bu avtobölməsi sürücüsüz avtomobillər texnologiyasının inkişafı işinə baxır. Bunları Reuters agentliyi, şirkətin bildirişinə istinadən söyləyib.
İştirak edən “SoftBank”, “Toyota” və “Denso” səhmdarlarının hər biri təxminən 333 milyon dollar səhm qoyublar. Səhmdarlar “Uber” “Advanced Technologies”-i 7,25 milyard dəyərləndiriblər. “SoftBank” və “Toyota” artıq “Uber”-in əsas şirkətinin səhmdarlarıdırlar.
The Wall Street Journal-ın açıqlamasında deyilir ki, müqavilə, “Uber”-in bahalı layihələrin maliyyələşməsi üçün daxili investisiyalar tapa bilməsini sübut edir. İPO-ya verdiyi açıqlamada şirkət xəbərdarlıq edib ki, sürücüsüz avtomobillər texnologiyasının işlənməsi çox bahalı və vaxt aparandır və “uğurlu alınmaya da bilər”. 2018-ci ildə “Uber” bu layihəyə 457 milyon dollar xərcləyib, proqramın ümumilikdə, 2016-cı ildə buraxılışından bəri çıxan xərclər isə 1 milyard dollrı ötüb keçir.
Tərəflər müqaviləyə 2019-cu ilin dördüncü rübündə son qoyacaq və onun nəticələrinə görə, sürücüsüz avtomobillər bölməsi “Uber”-in nəzarəti altında qalmaqla, ayrıca “Advanced Technologies Group” hüquqi strukturuna bölünəcək. “AGT”-nin öz direktorlar şurası olacaq: altı üzvü “Uber”, hərəyə birini isə “Toyota” və “SoftBank” seçəcək.
“Uber” 2019-cu ilin may ayının əvvəllərində Nyu-Yorkun fond birjasına çıxmağa hazırlaşır. Reuters-in verdiyi məlumata görə, şirkət 90 milyard dollardan 100 milyard dollara kimi olan dəyərləndirmədə10 milyard dollar cəlb etməyi hesaba alıb.