“Galaxy A60” smartfonunun təqdimatını keçirilib

Date:

Paylaş:

“Samsung” şirkəti Çində orta sinifli “Galaxy A60” smartfonunun təqdimatını keçirib.

“Samsung Galaxy A60” modeli “Full HD ” formatlı 6,3 düym diaqonallı “LCD” ekran və 32 meqapikselli ön kamera ilə təchiz edilib.

Ayrıca dinamikin nəzərdə tutulmamasına görə modeldə ekran səthini musiqinin səsləndirilməsi üçün alətə çevirən texnologiya tətbiq edilib.

Qurğu f/1.7 aperturlu 32, enlibucaq obyektivli (f/2.2) 8 və şəkillərdə fonun dağınıqlığı üçün 5 meqapikselli 3 arxa kameraya malikdir.

Modelin əsasını orta səviyyəli səkkiznüvəli “Qualcomm Snapdragon 675” prosessoru təşkil edir. Operativ və quraşdırılmış yaddaşın həcmi müvafiq olaraq 6 və 128 giqabayta bərabərdir. Akkumulyator tutumu isə 3500 milliamper/saat təşkil edir. Bundan əlavə, enerjinin doldurulması üçün “USB Type-C” portundan istifadə təklif olunur.

Çində qiyməti 300 dollar olacaq “Samsung Galaxy A60” smartfonunun digər ölkələrdə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...