“Google” smartfonların köməyilə istifadəçilərin hesabını qoruyacaq

Date:

Paylaş:

İkimərhələli avtorizasiya – şəbəkə identifikatorlarının oğurlanması ilə mübarizədə populyar üsuldur, amma fiziki təhlükəsizlik açarı fişinq hücumlarına qarşı mübarizədə ən etibarlı və dayanıqlı metod hesab edilir. Bu metodun yeganə çatışmazlığı onun qiymətinin baha olmasıdır. Lakin “Google” bu məhdudiyyəti keçmək üsulunu tapıb.

İnternet nəhəngi öz rəsmi bloqunda elan edib ki, “Android 7.0 Nougat” və yuxarı versiyaların idarəetməsi altında işləyən “Android” qurğuları bundan sonra fiziki təhlükəsizlik açarı kimi istifadə oluna bilərlər. İkimərhələli avtorizasiya metodlarından fərqli olaraq hesaba girişi təsdiq etmək üçün smartfon fərdi kompüter və ya noutbukun yaxınlığında olmalıdır.

Yeni müdafiə sxemi “Google” hesabının köməyilə avtorizasiya zamanı “Gmail”, “G Suite”, “Google Cloud” və başqa xidmətlərdə işləyir. Gələcəkdə dəstəklənən sayt və xidmətlərin siyahısının artırılması gözlənilir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...