“Google” şirkət üçün “Google+” yerinə “Currents”i təqdim edib

Date:

Paylaş:

Belə addan “Google” ikinci dəfədir ki, istifadə edir.

“Google G Suite” paketinin korporativ istifadəçiləri ictimai ünsiyyət üçün nəzərdə tutulmuş Current xidmətini təqdim edib. The Verge yazır ki, bu xidmət istifadəsi 2019-cu ilin aprel ayının əvvəllərində dayandırılan  korporativ “Google+” u xatırladır.

“Google”da belə bildirilib ki, “Currents” təşkilat daxilində ünsiyyət qurmağa, hər kəsi məlumatlandırmağa imkan verir və rəhbərlərə əməkdaşlarla əlaqə yaratmaqda kömək olur.Xidmətdə qeydləri  sürətlə ictimailəşdirmək, onları “tag” larla vurğulamaq mümkündür, rəhbərlik isə paylaşımlara prioritet təyin edə bilər.

“G Suite” istifadəçiləri “Currents”-in beta-versiyasına giriş edə bilərlər, korporativ “Google+” – dan paylaşımlar yeni xidmətə keçiriləcək.

“Google” ilk dəfə deyil ki, “Currents” adından istifadə edir, belə ki, əvvəllər  jurnalları oxumaq üçün olan və “Google Play Newsstand”da, daha sonralar isə “Google News”da inkişaf edən xidmət belə adlanırdı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...