Bu barədə şirkətdən bildirilib.
Məlumatda deyilir ki, bir sıra MDB ölkələri üçün bu müddət artıq başa çatıb.
“Bu il aprelin 12-dən Avropada həm EMV, həm də təmassız bütün yeni kartların buraxılışına mandat var. “Mastercard” bu prosesi Azərbaycan üçün dövlət səviyyəsində 2 il müddətinə – 2021-ci il aprelin 12-nə qədər uzadıb. Biz iqtisadiyyatın nağdsız transformasiyasını sürətləndirən təmassız texnologiyalar bazarının inkişafı ilə bağı olan bütün partnyorlarımız, banklar və tənzimləyicilər ilə daima əlaqədəyik”,- deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, eyni tələbi Azərbaycan banklarına qarşı “Visa International” də irəli sürüb.