Silikon Vadisi

    0
    207

    Silikon Vadisi

    Silikon Vadisi Amerikanın Kaliforniya ştatında olan bir çox istehsal və inkişaf mərhələsində olan şirkətlərin yerləşdiyi ərazidir. Silikon Vadisi

    dünyanın ən böyük texnoloji korporasiyaları və minlərlə texnoloji startapların evi hesab edilir.

    ABŞ-da ən məşhur texnopark Kaliforniya ştatında elmi mərkəzi Stenford Universiteti olan Silikon Vadisi və Kremn Vadisi texnoparklarıdır.

    Cədvəl 1: Silikon vadisinin startapları dəstəkləyən investorlar

    Silikon Vadisində vençur kapitalın investisiyalarla təmin olunmasında ən fəal dəstəkçi “500 startap” şirkətidir. Şirkətin 2009-cu ildən bu yana yüzlərlə sərmayələri olub.

    Şirkət tərəfindən yatırılan investisiyalar internet sektoru və xüsusilə də erkən mərhələdə olan startapları əhatə edir. Bu gün ABŞ-ın milyardlarla dollarlıq bütün vençur kapitalının üçdə bir hissəsi məhz Silikon Vadisində cəmləşir. ABŞ-da ən yüksək orta gəlir buradadır – ildə təxminən 145 min dollar. Vadidə yüksək texnologiyalar sahəsinin 300-400 min mütəxəssisi çalışır. Bura ABŞ-da ən yüksək texnoloji sahə alimlərinin cəmləşdiyi yerdir. Kompyuterlərin və digər məhsulların dünya ixracının 20%-i Silikon Vadisinin payına düşür. Bu texnoloji parkın çoxdan yaranmasına baxmayaraq, yeni texnoparklar üçün də etibarlı sayılır. Mütəxəssislər Silikon Vadisinın formalaşmasına həlledici təsir edən üç əsas faktor müəyyənləşdirmişlər.

    1. ixtisaslı mütəxəssislərin hazırlanmasında dövlət siyasəti.
    2. mikroelektronika məhsulunun satış bazarının olması.
    3. yeni elmtutumlu şirkətlərin yaranması zamanı innovasiya prosesinin ilk

    mərhələlərində əsas rol oynayan riskli kapital bazarının olması.

    Əmrah Qarayev