Yerli futbol menecer oyunu Eleven Kings Fevralın 28-i “pre-seed” mərhələdə 50.000 dollar investisiya cəlb edib. Startapın qurucusu Orxan Rzayev faktı təsdiqləyib.
İnvestorun yerli bir sahibkar olduğunu qeyd etsə də, kimliyi barədə məlumat verməyib. Orxan Rzayev fevral ayı ərzində ABŞ-ın Kaliforniya ştatında səfərdə olub. O müxtəlif startap tədbirlərində Eleven Kings oyununun təqdimatını həyata keçirib, investorlarla görüşüb, seed mərhələ üçün investisiya imkanlarını müzakirə edib.
Xatırladaq ki, Eleven Kings ötən ilin avqustunda da “pre-seed” mərhələdə 20 min dollar investisiya cəlb etmişdi. Eleven Kings, futbol menecer oyunudur. Təsisçilərin sözlərinə görə onlar qlobal oyun brendi yaratmağı hədəfləyiblər.
İstifadəyə verilməsindən bir ay keçməsinə baxmayaraq artıq oyuna maraq kifayət qədərdir. Platformada 150-dən çox ölkədən qeydiyyatlı istifadəçi var.\technote.az