Zaranın sahibi Amancio Ortega necə milyarder oldu

Date:

Paylaş:

Amancio Ortega kimdir

Amancio Ortega Zara markasının da daxil olduğu İspan geyim holdinqi Inditexin qurucusudur.
O, 28 Mart 1936-cı il tarixində şimali İspaniyada 60 nəfərlik kiçik bir kənd olan Bustangoda 4 qardaşın ən kiçiyi kimi dünyaya gəlib. Uşaqlığı León şəhərində keçib. Atası dəmiryolu işçisi anası isə xidmətçi işləyib. 14 yaşında şəhəri tərk ediblər və atasının işinə görə bir müddət dəmiryolunda fəhlə işləməli olub. Birgün anası ilə birlikdə məktəbdən çıxıb evlərinə qayıdanda bir mağazaya daxil olurlar. Anası mağazadan borca bir şey almaq istəyir. Lakin satıcı borca heç bir şey satmadığını söyləyəndə Ortega özünü çox alçalmış hiss edir və bir də heç vaxt məktəbə getməməyə qərar verir. Gala adlı köynək fabrikində köməkçi kimi işə düzəlir. O dövrdə Amancio Ortega artıq ticarətin sirlərini də öyrənmişdi və bir neçə prinsipləri var idi.

1. Müştəri nə istəyirsə onu et.
2. Müştəriyə istədiyi məhsulu bütün rəqiblərindən daha sürətli şəkildə çatdır.

Köynək fabrikində bir müddət işlədikdən sonra artıq öz fabrikini yaratmaq qərarına gəlir. Orteganın belə bir fabrik yaratması üçün ideal bir şərait də var idi. Çünki yaşadığı yerdə imkansız insan çox olduğu üçün kişilərin əksəriyyəti dənizçiliklə məşğul olurdular. Yoldaşları isə evdə ərlərinin dönməsini gözləyirdi. Bu qadınlar çox az pul üçün işləməyə razı idilər və tikiş işini də yaxşı bilirdilər. Beləliklə Ortega minlərlə qadını tikiş fabrikində işlətməyə başlayır.

1972-ci ildə ilk firması Confecciones Goanı yaradır. 1975-ci ildə isə İspaniyanın La Coruna şəhərində ilk mağazasını “Zara” adı ilə açır. Zara mağazaları şəbəkə şəklində İspaniyada böyüyür. Ardınca başqa markalar yaratmağa başlayır. 1985-ci ildə hazır geyim holdinqi İnditexi yaradır. Inditex Avropada və dünyada şöbələr açaraq böyüyür. Amancio Ortega Inditex holdinqin 60% hissəsinə sahibdir. Bu şirkətlər qrupu Zara, Massimo Dutt, Oysho, Zara Home, kiddy s Class, Tempe, Stradivarius, Pull and Bear Often və Bershka kimi dünya səviyyəsində müxtəlif markaya və 92.000dən çox işçiyə sahibdir.
Zara 1988-ci ildə xaricə açılır. İlk mağazasını Portuqaliyada açıb. Hazırda ABŞ-da 46, Çində 347 və İspaniyada 1.938 mağazaları var.

Şəxsi həyatı

Qalstuk taxmağı sevməyən Amancio Ortega mətbuat ilə görüşü də sevmir və müsahibə vermir. 1999-cu ilə qədər mediada ümumiyyətlə şəkili yox idi. Özü haqqında 2004-ci ildə yazılmış “Amancio Ortega: DE Cero A ZARA” (Sıfırdan Zara’ya) adlı bir kitab var.

2011-ci ildə holdingdəki vəzifəsindən təqaüdçü kimi ayrılan Amancio Orteqa ikinci həyat yoldaşı Flora Perez ilə birlikdə İspaniyada adi bir evdə kirayədə yaşayır.
Amancio Ortega 2013-ci ildən etibarən Forbes siyahısında Dünyanın ən zəngin 3-cü insanı olur. Forbes jurnalında 2015-ci ilin 23 oktyabr günü 79 milyard dollar sərvəti ilə dünyanın ən zəngin adamı seçilib. Orteganın “dünyanın ən zəngin adamı” olduğu xəbərindən dərhal sonra Inditexin səhmləri tarixində ən yüksək səviyyəsinə qalxır.
Lakin cəmi 4 saat sonra Microsoftun səhmlərinin yüksəlməsiylə Bill Gatesin sərvətinin 79 milyard dolları ötdüyü xəbəri yayılır və Orteganı taxtından salır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...