İtaliyanın məşhur şokolad və digər qənnadı məmulatları istehsalçısı olan “Ferrero” şirkətinin nümayəndəsi Domeniko Manfredi Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlığın qurulması yolları müzakirə olunub.
Banker.az mənbənin bölgə müxbiri xəbər verir ki, institutun direktoru İlham Qurbanov qonağa Azərbaycanda fındıqçılığın inkişaf etdirilməsi, yeni fındıq tingliyi sahələrinin salınması barədə məlumat verib.
Təmsil etdiyi şirkətin Azərbaycanda fındıqçılığın inkişafına önəm verdiyini bildirən Domeniko Manfredi bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yeni əməkdaşlıq layihələrinin hazırlanması ilə bağlı təkliflərini verib və bu istiqamətə kömək göstərəcəyini bildirib.
Görüşdən sonra Quba rayonu ərazisində yeni salınan fındıq bağına baxış keçirilib.