Jeff Bezos evsizlərə və təhsilə yardım üçün 2 milyard dollar verəcək

Date:

Paylaş:

Amazonun başçısı Jeff Bezos ilk böyük xeyriyyə layihəsinin detallarını açıqladı.

Dünyanın ən zəngin adamı Bezos, Day One Fondunun iki fonduna 1 milyard dollar ayıracaq. Onların müxtəlif iş istiqamətləri var. Day One Families Fund evsiz ailələrə sığınacaq və qida ilə təmin edərək kömək edəcək. Vəqf bu məsələlərlə məşğul olan təşkilatlara illik qrantlar verəcəkdir.

Day One Academies Fund-kasıb rayonlarda məktəbəqədər təhsil müəssisələrini yaratmaq və dəstəkləmək üçün təşəbbüs göstərəcək. Tələbələr ora pulsuz qəbul olunacaq. Vəqf, qrantların paylanması əvəzinə müəssisələrin operativ idarə olunması ilə birbaşa məşğul olacaqdır.

Tədris proqramı Montessori üsulundan ilhamlanır. Bu praktikaya əsasən, uşaqlar müxtəlif yaş kateqoriyalı 25 nəfərlik qruplarda  məşğul olurlar. Dərslər hərəkətlərin əlaqələndirilməsinin inkişafına, müstəqil qərar qəbul etmə inkişafına  və xarici dillərin öyrədilməsinə yönəlib. Montessori proqramının əsas prinsipi -öyrənməyə məcbur olmamaqdır.

Xeyriyyə xərcləri haqqında Bezos öz şərhlərini əlavə edərək Twitter hesabından paylaşıb:

“Biz öz əcdadlarımızdan, əcdadlarımız isə öz böyüklərindən daha yaxşı yaşıyıb. Əğər bizim nəvələrimiz bizdən daha yaxşı yaşamırsa demək biz nəyisə səhv etmişik.Dünyada yaxşılıq hardadır, onu necə yaymaq olar? Dünyanı necə inkişaf etdirmək olar? Bunlar narahat olduğum suallardır”.

“Day One Fund” un açılış tarixi məlum deyil.

Bezos – 5 ən zəngin xeyriyyəçi amerikalıların siyahısına qoşulan son şəxsdir.Forbesin top-5  digər iştirakçıları Bill Gates və Warren Buffett təşəbbüsü ilə -« bağışlama andı» veriblər. Onun müddəalarına görə, milyarderlər sərvətlərinin  yarısını  xeyriyyəyə  verməlidirlər.

Bezos ilk olaraq 2017-ci ilin iyun ayında bu cür tədbirlər haqqında danışıb. Sonra o, Twitter-da abunəçilərdinə xeyriyyə fəaliyyət ilə   bağlı fikirlər verməklərini təklif edib. Yanvar ayında Amazonun təsisçisi miqrant uşaqlara təhsil almağa  köməklik  göstərən   TheDream.US təşkilatına $ 33 milyon bağışlayıb. Bu zaman,Bezos xeyriyyəçiliklə bağlı daha iki fikrinin olduğunu açıqlayıb-çox güman ki bu fikirlər zaman keçdikçə Day Onə vəqflərinə dönüblər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...