Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) oktyabrın 31-də illik “Doing-Business – 2019” hesabatını dərc edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə korporasiyadan məlumat verilib.
Xəbər verildiyi kimi, Azərbaycan “Doing Business – 2018” hesabatında 190 ölkə arasında 57-ci yeri tutub.
Hesabata əsasən, 2016-cı ilin iyun ayından 2017-ci ilin iyun ayınadək Azərbaycanda 4 uğurlu islahat həyata keçirilib. Bu islahatlar kreditlərə çıxış, minoritar səhmdarların hüquqlarının qorunması, müqavilələrin icrası və müflisliyin tənzimlənməsi sahələrini əhatə edib.
İslahatlar nəticəsində Kredit Bürosu yaradılıb, minoritar səhmdarların müdafiəsi üçün korporativ tələblər yaxşılaşdırılıb, elektron formada məhkəmə rüsumlarının ödənilməsinə imkan verən sistem tətbiqolunub, müflisliklə bağlı prosedurlar sadələşdirilib.*