Michael Jordan dünyanın ən yaxşı basketbolçularından biri olmaqla yanaşı həm də təşəbbüskardır. Onun sizlərə uğur qazandıra biləcək 5 tövsiyyəsini təqdim edirik:
1) Çox işləməyə davam et
“Günəş çıxmadan mən oyanıram və səhər yeməyimi yeyib məşqə gedirəm. Yollarda hələ heç kim olmur. Dənizə baxıram atamı görürəm və onunla danışaraq deyirəm – Ata, bunun öhdəsindən gələ bilərik’”
2) Uğurlu olmaq istəyirsənsə səhv etməkdən qorxma
“Karyeram boyunca 9 mindən çox topu səbətə atmaq şansını qaçırmışam. 300-ə yaxın oyunu uduzmuşam. 26 dəfə oyunun taleyini həll edəcək atışımı yerinə gətirə bilməmişəm. Həyatımda dəfələrlə bu cür uğursuzluqlar oldu və bunun sayəsində uğurlu ola bildim.
”
3) Fərqli ol.
“Oyunumu mükəməlləşdirmək və hər kəsdən fərqli etmək üçün illərimi həsr etdim”
4) Hədəfin böyük olsun
“Heç bir zaman özümü ən yüksək nöqtədə görmədim. Hər zaman özümü daha da inkişaf etdirmək üçün çalışdım. Yalnız basketbol deyil digər sahələrdə də…”
5) Pozitiv ol
“Keçmişdə həyatımda pis hadisələr çox az olub. Ancaq insan həyatında uğursuzluqlar olmasa uğur qazana bilməz. Çalışın hər pis hadisədə belə pozitiv olasınız”