Rokfellerin kolleksiyası rekord qiymətə satıldı!

3
916

ABŞ-lı milyarder iş adamı David Rockefeller və xanımı Peggy Rokfellerin rəsm, heykəl, keramika, mebel və dekorativ əsərlərdən ibarət sənət kolleksiyası hərracda satılıb.

“Marja” xəbər verir ki, satışından 832 milyon dollar gəlir əldə olunub.

Nyu-Yorkdakı “Christies” auksion evi tərəfindən keçirilmiş açıq hərracda, 1500 ədəddən çox əşya 832 milyon dollara satılıb. Kolleksiya, bu günə qədər ən yüksək qiymətlə satılan şəxsi sənət kolleksiyası olub.

Kolleksiyada 19-cu və 20-ci əsrlərin rəsm sənətinin şah əsərləri yer alıb. Hərracda 115 milyon dollara alıcı tapan Pablo Picassonun 1905-ci il tarixli “Çiçək Səbətli Gənc Qız” tablosu kolleksiyadakı ən yüksək qiymətlə satılan əsər olub.

Fransız rəssam Claude Monet-in “Çiçək Açan Nilufər” tablosu 84,6 milyon dollara alıcı tapıb. Sənətkara aid ən yüksək qiymətli tablo 81 milyon dollara satılmışdı.

Hərracda ümumilikdə 7 sənətkarın əsərləri üçün ən yüksək məbləğli satışlar həyata keçirilib.

Hərraca çıxaran kolleksiyanın heykəl, keramika, mebel və dekorativ əsərlərdən ibarət olan hissəsində Napoleon Bonapart üçün hazırlanmış, 19-cu əsrdən qalma 256 ədədlik keramika desert boşqabları 1,8 milyon dollara satılıb.Alıcıların adının açıqlanmadığı hərracının satış gəlirləri Rokfeller ailəsinin dəstəklədiyi xeyriyyə qurumları arasında bölüşdürüləcək.

Daha əvvəl ən yüksək qiymətlə satılan xüsusi sənət kolleksiyası, 2009-da Parisdə cəmi 484 milyon dollara satılan Fransız dərzi Yves Saint Laurent-ə aid idi.

3 COMMENTS

  1. 826867 133548I cannot thank you fully for the blogposts on your internet page. I know you placed lots of time and effort into all of them and hope you know how considerably I appreciate it. I hope I will do precisely exactly the same for an additional individual at some point. Palm Beach Condos 100093