“AccessBank” İT Biznes Analiz Departamentinin Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.
Əsas vəzifələri:
1) Proqram təchizatının təhlili və biznes tələblərin tədqiqi;
2) Reallaşmış məhsulların test prosesinin planlaşdırılması. Test-keyslərin bazasının yazılması və yaradılması(test ssenariləri);
3) Hazır məhsulda/Sistemdə səhvlərin mövcudluğunun aşkarlanması və tələblərə əsasən uyğunlaşdırılması;
4) Proqramlaşdırılmış məhsulların test prosesinin eləcə də onun nəticələrinin yazılı təsviri (sənədləşmə);
5) Məhsulun test nəticələrinin təhlili, həmçinin səhvlərin eyniləşdirilməsi və onların trekinq sistemində qeydiyyatı;
6) Qeydiyyatlaşdırılmış səhvlərin düzəlişlərinin mövcudluğunun trekinq sistemində monitorinqi.
Namizədə olan tələblər:
-Bankda ən azı 2 illik iş təcrübəsi;
-Yazılı İngilis dili – yaxşi səviyyədə. Danışıq orta səviyyadə;
-Azərbaycan və Rus dilləri bilikləri (hər tərəfli) – mütləq yaxşı səviyyədə;
-MS-Office (Excel, Word, PowerPoint, Visio) proqramları və elektron poçt-la sərbəst işləmək bacarığı;
-Analitik qabiliyyətlərin mövcudluğu;
-Hər cür detallara diqqətlilik;
-Yeni texnologiyaların öyrənilməsi və sınamaq həvəsi;
-Sistemdə zəif nöqtələrin (nöqsanların) aşkarlanması bacarığı;
-Sistemdə/məhsulda olan çatışmazlıqların konstruktiv tənqid bacarığı;
-Məsuliyyətli və rutin işin aparılması bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Müraciət üçün son tarix – 29.01.2018
221448 617262Some times its a pain within the ass to read what people wrote but this web web site is really user friendly ! . 920438