Qlobal bazarda bitcoinin kəskin ucuzlaşmasının səbəbi investorların mənfəətlərini reallaşdırmaq istəyi ilə bağlıdır. Yəni, investorlar ucuz olan zaman aldıqları Bitcoin-ləri qiymətin 20 min dolları keçə bilmədiyini görüb satmağa başlayıblar.
Bu açıqlama ilə “Brave New Coin” rəqəmsal valyuta xəbər və araşdırma saytının analitiki Coş Olşeviç (Josh Olszewicz) çıxış edib.
Qeyd edək ki, “Bitcoin” son 5 gün ərzində 35%-ə yaxın ucuzlaşaraq bu gün 12 874 dollara qədər geriləyib.
“Bu, normal korreksiyadır. Cari səviyyədə korreksiyanın bitməsi gözlənilir”, – deyə erkspert bildirib.
Xatırladaq ki, hazırda bitcoinin qiyməti 13 500 dollar təşkil edir.
© Report