Bitcoin mining ilə pul qazanmaq mümkündür?

1
1722

Mining (mədənçilik) ümumi mənada bir kompüter və o kompüterə yüklənmiş əlaqəli kriptovalyuta Blockchain (blok zənciri) proqramından istifadə edərək qarışıq bir məlumat bazasında yerləşən gizli məlumatların tapılması, aşkar olunması əməliyyatlarının ümumi adıdır.

Milyonlarla hərfdən ibarət olan və qarışdırılmış bir cədvəl barədə düşünün… Bu cədvəlin daxilində gizlənmiş olan kəlmələr və cümlələr vardır. Ehtiyyacınız olan bu qarışıq quruluşdakı kəlmələri aşkar etməkdir… Və aşkar etdiyiniz hər bir kəlmə üçün bir mükafat qazanırsınız. Kriptovalyuta mədənçiliyində də çətinlik dərəcəsi hər səfərində artan bloklar vardır və mədənçilər hər bir blokun qazılması sayəsində hansı kriptovalyuta üçün işləyirlərsə o kriptovalyutadan mükafat alırlar.

Mining (mədənçilik) 2009-cu ildə Bitcoin blokchain açıq mənbə kodlu olaraq bazara çıxarılması ilə başlandı. Davamında açıq mənbə kodlu istehsalı seçən bir çox rəqəmsal valyuta istehsal şəklindəbitcoini izlədi. Beləliklə bu üsula üstünlük verən kriptovalyutalar anonim olma xüsusiyyətini daşıdılar.

Bitcoindən nümunə gətirmək lazım gələrsə, nəhəng mining obyektləri olan şirkətlər də BTC istehsal edə bilərkən, evində sadə bir mexanizmaya və texniki məlumatlara sahib insanlar da BTC istehsal edə bilərlər. Lakin günümüzdə artan çətinlik dərəcələrindən asılı olaraq evdə sadə şərtlərdə bitcoin istehsalına gəlir əldə edilməsinə görə üstünlük verilmir. Bunun səbəbi kompüter təchizatına qoyacağınız sərmayə və aylıq elektrik-soyutma xərcinin çox, lakin qazanacağınız BTC-lərin dəyərinin çox daha aşağı olmasıdır.

İlk zamanlarda bitcoin istehsalının çətinlik dərəcəsi xeyli aşağı olduğu üçün hər şəkildə mining edilirdi, lakin çətinlik dərəcəsi artdıqca Bitcoin mədənçiliyi də məşhurluğunu itirməyə başladı. İllər öncə ayda bəlkədə onlarla bitcoin qazana bilən bir təchizat günümüzdə bəlkədə 1 ildə 1 ədəd BTC qazana bilməyəcək vəziyyətdədir.

Cəmi 21 milyon ədəd istehsal oluna biləcək bitcoin bugünə kimi təxmini 17 milyon ədədi istehsal olunmuşdur. Mütəxəssislər 21 milyon ədəd istehsalının 2100-cü illərə təsadüf edəcəyini hesablamaqdadırlar.

Bəs mədənçilik bitdimi? Bu sualın cavabı qəti olaraq xeyrdir. Necə ki, bitcoin mədənçiliyi ilk illərdə çox mənfəətli bir iş idisə, bugün kriptovalyuta bazarına girmiş 900-ə yaxın coin və girməyə hazırlaşan yüzlərlə coin mövcuddur. Bitcoin ilə olmaya bilər, lakin hələdə dəyəri aşağı olan, mining sahəsində çətinlik dərəcəsi olduqca aşağı olan bir çox kriptovalyuta mövcuddur.

Mədənçilər üçün məşhurluğunu qoruyan ən önəmli rəqəmsal valyutaların başında şübhəsiz ki Ethereum (ETH) gəlir. Blockchain texnologiyasının nəzdində olan güclə 2017-ci ilin əvvəllərində adını tanıtmağa başlayan ETH bərabərində dəyərini də sürətlə yüksəldərkən, kriptovalyuta mədənçilərinin də marağına səbəb oldu.

Antminer L3+AntMiner

Ölkəmizdə asan əldə edə bilməsəniz belə olduqca məşhur olan, sadəcə əlaqəli kriptovalyuta üçün dizayn edilərək istehsal edilmiş “miner”-lər mövcuddur. Bitcoin üçün BTC Miner, Dashcoin üçün Dash Miner, litecoin üçün L3 kimi… Antminer-in istifadəsi hər gün daha da çox yayılır. Ölkəmizdə də bəzi sahibkarlar tərəfindən idxal olunmağa başlanmışdır.

AntMiner məlumatlarına bir nümunə gətirmək lazım olarsa, AntMiner L3+ adı verilən Litecoin istehsal edən bir cihaz orta hesabla günə 0.3 Litecoin qazana bilir. Aylıq 9 Litecoin bugünün hesabı ilə 453 AZN-dir. Bu rəqəmdən elektrik və soyutma xərclərini çıxdığımızda əldə edə biləcəyiniz qazancı hesablaya bilərsiniz. Cihazın sizə təxminən 3500 AZN-ə başa gələcəyini düşünürsək, təxmini 6-7 ay ərzində qoyduğunuz maya dəyərini çıxarmış olarsınız.

Antminer cihazlarını ancaq istehsal edilən Bitmain şirkətindən almağınız məsləhətdir. (shop.bitmain.com)

Qanunlar

Azərbaycanda istər kriptovalyutalar, istərsə də mədənçilik haqqında hələdə hər hansı bir qanun mövcud deyildir.

Nələri bilmək lazımdır?

Mədənçilikdə ilk vacib anlayış məlumat və təcrübədir. Kifayət qədər texniki məlumata sahib olmadan mədənçilik ilə məşğul olmaq qoyacağınız sərmayəni riskə atmaq deməkdir.

Belə ki, evinizdə ya da kiçik ofisinizdə mədənçilik ilə məşğul olmaq istəsəniz bilməyiniz gərəkən vacib bir məsələ cihazların səsi və istehsal etdiyi istilik miqdarıdır. Evdə şəraitində mining cihazının xüsusilə fan səsləri önəmli dərəcədə insanı narahat edir. Cihazların istehsal etdiyi istilik miqdarı isə xüsusilə yay aylarında diqqət ediləcək və tədbir alınması lazım olan bir digər məsələdir. Mədənçiliyini etdiyiniz kriptovalyuta istehsalının çətinlik dərəcəsi isə vacib bir ticari nəticəyə səbəb olur. Məsələn, günümüzün şərtlərində istehsal etdiyiniz X coin-dən aylıq 1000 AZN qazanc əldə edə bilərsiniz, lakin bu rəqəm əsla sabit olmayacaqdır. X coin-lərin istehsalının çətinliyi artdıqca sizə gətirəcəyi qazanc da azala bilər. Beləliklə də mədənçilik qazancları əsla sabit deyildir, gününün şərtlərinə görə daima dəyişə bilir.

kripto.az

1 COMMENT