5G şəbəkəsini dəstəkləyən dünyanın ilk ağıllı təkəri hazırlanıb

Date:

Paylaş:

İtaliyanın “Pirelli” şirkəti yüksəksürətli beşinci nəsil mobil rabitə şəbəkələri (5G) daxilində qoşularaq məlumatlar ötürən dünyanın ilk “ağıllı” təkərini hazırlayıb. “5G” təkər təhlükə ilə rastlaşan zaman yol örtüyünün təhlükəli vəziyyətdə olması barədə digər hərəkət iştirakçılarını avtomatik məlumatlandıracaq.

“Pirelli” kiberşini avtomobilin yolla birbaşa əlaqəsi olan yeganə hissəsidir ki, bu da təkərə quraşdırılan ötürücülərə hərəkətin vəziyyəti barədə daha çox informasiya toplamağa imkan verir. Təhlükəli yerlərlə yanaşı, “Cyber Tire” sistemi dinamik yük əmsalını müəyyənləşdirə və qət edilmiş məsafəni ölçə bilir.

Məlumata görə, “ağıllı” təkər avtomobildən məlumatlar toplayaraq onları “5G” üzrə mərkəzi qovşağa ötürür. Məsələn, yolda akvaplanlaşdırma riskini artıran su toplanan zaman digər sürücüyə təhlükəli əraziyə daxil olan zaman “5G” ilə bildiriş göndəriləcək.

“Cyber Tire” sistemi bu həftə İtaliyanın Turin şəhərində keçirilən “5G Path of Vehicle-to-Everything Communication” konfransında nümayiş olunub. Layihədə “Pirelli” şirkətinin “Ericsson”, “Audi”, “Tim”, “Italdesign” və “KTH” kimi tərəfdaşları iştirak edir.

“5G” təkərlərin satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...