“Xiaomi” zəlzələlər barədə xəbərdarlıq xidmətini təqdim edib

Date:

Paylaş:

“Xiaomi” şirkəti Çində “Əşyalar interneti”nin inkişafına həsr edilən tədbirdə “MIUI 11” istifadəçi interfeysində tətbiq edilən zəlzələlər haqqında xəbərdarlıq xidmətini təqdim edib.

Zəlzələlər haqqında xəbərdarlıq funksiyası rəsmi dövlət orqanı tərəfindən təqdim edilən informasiya əsasında işləyir. İdarə tərəfindən təhlükəli seysmik aktivlik qeydə alınandan dərhal sonra “Xiaomi” servisi xəbərdarlıq bildirişini qurğunun ekranında göstərir. Xəbərdarlıqla yanaşı, istifadəçiyə yaxınlıqdakı təhlükəsiz yerə təxliyə planı göndərilir.

Rəsmi istehsalçı nümayəndələrinin sözlərinə görə, unikal funksiya şirkət mühəndisləri və Çendu Təbii Fəlakətlərin Təhlükəsinin Azaldılması üzrə Elmi Tədqiqat İnstitutunun ekspertləri ilə birgə hazırlanıb. Sözügedən texnologiya zəlzələlər haqqında xəbərdarlıq üçün əməliyyat sistemi səviyyəsində tətbiq olunan dünyanın ilk “AioT” həlli kimi qələmə verilir.

Hazırda texnologiya yalnız Çin ərazisində yaşayan “Xiaomi” smartfon və televizor istifadəçiləri üçün nəzərdə tutulub. Lakin gələcəkdə funksiyanın digər ölkələrin ərazisində, məsələn, servisin daha aktual olduğu Yaponiyada istifadəyə veriləcəyi gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...