Əsas səhifə Şirkətlər 500 dollar borcla alınan Dominos Pizza…

500 dollar borcla alınan Dominos Pizza…

852
Paylaş

Bu markanın hekayəsi bir az araşdırıldığında Tom Mogaghan və onun qardaşı Ceymsin yerli bir pizza restoranını almasına qədər uzanır. O dövr qardaşlar, pizza restoranını almaq üçün 500 dollar borclanırlar ancaq bütün bu çətinlikləri unutmuş olan James işi buraxır və hissəsini Volkswagen Beetle qarşılığında qardaşına yəni Tom-a satır. Tom artıq bu pizza restoranının tək sahibi və tək söz haqqı olan adam olur. Bu səbəblə almış olduqları kiçik pizza restoranının adını öz qərarı ilə Dominick’s Pizza -dan Domino’s Pizza -ya çevirir.

Dominos Pizza –ın inkişafı

Tomun rəhbərliyində olan Domino’s Pizza gün keçdikcə inkişaf etsə də 1968-ci ildə şirkətin əsas mərkəzində bir yanğın çıxır və erzaqların hamısı yanır. İnkişaf və böyümə müddətində bir sıra talehsiz hadisələrlə qarşılaşan marka 1980-ci illərdə Dominos Winnipeg Canada da beynəlxalq Domino’s-u açır. Şirkət bu prosesdən sonra davamlı inkişaf edir və 2006-cı ilin iyun ayında 8909 mağazaya çatır. Təkcə ABŞ-da Domino’s-un 800-ə yaxın franşiza sahibi (icarə sahibləri) var və bu insanların 90%-i öz karyeralarına sürücü, pizzaçı və saata görə işləyən işçilər kimi başlayıblar.

Beynəlxalq və qlobal faktlar

• Domino’s çatdırılmada dünya lideridir və dünya üzrə hər gün 1 milyondan artıq pizza çatdırır.
• Dünyanın 85-dən çox ölkəsində 13,800-dən artıq şöbəsi vardır. (4-cü rüb 2016)
• Dünya üzrə 260,000-dan artıq işçi heyəti var.
• Satışlarının yarıdan çoxu ABŞ-dan kənarda olan ölkələrdən gəlir.
• 2016-ci il üzrə Qlobal pərakəndə satış 10.9 milyard $ təşkil edib. (5.3 $ daxili, 5.5 $ beynəlxalq)

©fins