5 il ərzində milyonerləri müşahidə etdim. Onların oxşar cəhətin nə olduğunu bilirsiniz? Yalnız bir faktor!

Date:

Paylaş:

Ünsiyyətdə olduğumuz insanlar, bizə bilavasitə təsir göstərirlər.

Üstəlik, dostluq etdiyiniz insanlar sizin əmək haqqınızın səviyyəsinə əhəmiyyətli təsir göstərə bilərlər.

Belə ki, Thomas Corley 5 il ərzində zəngin insanların gündəlik vərdişlərini tədqiq etmişdir. O, bütün zəngin insanları birləşdirən bir xüsusiyyət aşkar etdi: onlar hər vasitə ilə pessimist insanlardan qaçırlar.

“Öz gücü ilə milyoner olmuş insanlar, yalnız optimist olanlarla əlaqə qurmağa üstünlük verirlər. Onlar nikbinlik, fədakarlıq, həvəs və dünyaya müsbət baxış kimi keyfiyyətlərə qiymət verirlər”, – ekspert danışır.

Tədqiqatda iştirak etmiş imkanlı insanların 86%-i, müsbət düşüncəli olan və pul qazanmaq problemini şişirtməyən insanlarla ünsiyyət qurmağa üstünlük verirlər.

Digər tərəfdən isə onlar “toksik” insanlardan uzaq durmağa çalışırlar.

Neqativ olan hər bir dost və tanışınızı, müsbət “analoqlar” ilə əvəz etməyiniz vacibdir. Bu, milyonerləri birləşdirən tək ümumi cəhətdir.

Nəticə: hamımız, həm varlılar, həm də yoxsullar şüursuz şəkildə ünsiyyətdə olduqları insanları yamsılayırıq.

“Həyatınızda davamlı müvəffəqiyyətə nail olmaq istəyirsinizsə, ətrafınız müsbət düşüncəli insanlardan ibarət olmalıdır”, – Corley qeyd edir.

Hələ 100 il bundan əvvəl bu faktor Napoleon Hill adlı jurnalistin diqqətini çəkmişdir. 500 imkanlı insan arasında sorğu keçirərək, o, analoji nəticəyə gəlmişdir.

“Kişilər və qadınlar ünsiyyətdə olduqları insanların vərdişlərini özlərinə götürməyə meyllidirlər. Düşüncənin gücü də çox vacibdir”, – müəllif 1937-ci ilin “Düşün və varlan” adlı kitabında  qeyd edir.

Ətrafınız pessimist insanlardan ibarət olduğu halda, müvəffəqiyyət qazanmaq üçün heç bir şansınız yoxdur.

Oxşar şeylər biri birini cəlb edir. Pessimistlərdən qaçın və optimistlərlə ünsiyyət qurmağa başlayın.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...