Əsas səhifə Biznes 3 il öncə Alibabanın səhmlərini alsaydınız nə qədər qazanardınız?

3 il öncə Alibabanın səhmlərini alsaydınız nə qədər qazanardınız?

710
Paylaş

Alibaba 2014-cü ilin sentyabr ayında Nyu York birjasına daxil oldu. Həmin tarixdə şirkətə edilən 100 min dollarlıq sərmayənin dəyəri bu gün 207 min dollardır.

2014-də səhmin dəyəri 90 dollar idi, hazırda bu rəqəm 187 dollardır. Şirkətin bazar dəyəri 481 milyard dollara bərabərdir.

Bir zamanlar ingilis dili müəllimi olan Jack Ma 1999-cu ildə Alibabanı 60 min dollarlıq sərmayə ilə yaradıb. Şirkət 20 ildən az bir müddətdə elektron ticarət nəhənginə çevrilib

Taobao və Tmall kimi nəhəng e-ticarət saytlarına da sahib olan Alibabanın fəaliyyəti yalnız online ticarətlə kifayətlənmir. Alibaba həmçinin Hong Kongda fəaliyyət göstərən South China Morning Post qəzetinin də sahibidir.

Steven Spielbergin sahibi olduğu Amblin Partners şirkətinə da investisiya edən Alibaba Pictures, Çindəki filmlərin marketinq və satışını da öz üzərinə götürməyi planlayır.

2012-də Alibabanın müxtəlif platformalarında satılan məhsulların ümumi dəyəri 160 milyard dollar olub. 2016-da bu rəqəm 450 milyarda, 2020-də isə 1 trilyon dollara çatacağı gözlənilir.