Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri 22 yaşlı amerikalının şirkəti Silikon Vadisinin birincisi olub

22 yaşlı amerikalının şirkəti Silikon Vadisinin birincisi olub

95
Paylaş

22 yaşlı Alexandr Wang-ın yeni Scale AI startapının müştəriləri arasında Google Alphabet Inc., Uber, General Motors və digərləri var.

Şirkət neyroşəbəkələrin öyrənilməsi ilə məşğuldur. Hələ üç ildir fəaliyyət göstərən Scale AI startapı 1 milyard dollar dəyərləndirilib. Bu müddət ərzində o, 100 milyon dollar cəlb edib. Wang şirkətlərin əllə gördüyü işi avtomatlaşdırıb.

Hər il şirkətdə yollardakı kameralardan və digər videomüşahidə obyektlərindən şəkilləri toplayan şəxslərin işə götürülməsinə milyonlarla dollarlar xərclənir. Bloomberg qeyd edir ki, hər obyektin üzərində işləmək üçün 10 dəqiqədən yarım saata qədər vaxt lazım gəlir. Scale AI isə bunu 2 dəqiqəyə edir, Wang bildirib.

San-Fransiskoda Scale-də 100-ə yaxın ştatlı əməkdaş işləyir. Pilotsuz avtomobillər proqramı üzərində işləyən şirkətlərin bu startap daha çox marağına səbəb olub. Onlar arasında Waymo, Cruise və Uber Technologies  Inc. var.