Samsung Motors şirkəti Seulda keçirilən avtosalonda XM3 Inspire konseptini nümyiş etdirib. Konseptual avtomobil Moskva avtosaloununda təqdim edilmiş Renault Arkana kross-kupesinin Cənubi Koreya bazarı üçün uyğunlaşdırılmış versiyasıdır.
Renault Arkana
Bununla belə, istehsalçı avtomobilin salonunu və texniki göstəricilərini açıqlamaqdan imtina edib. Üstəlik, Seulda nümayiş etdirilən konsept rusiyalı analoqundan başqa dekoru olan orijinal bamperləri, qapıların aşağı hissəsindəki xəttlərin forması, həmçinin arxa fənərlərin tərtibatı ilə seçilir. Eyni zamanda, Samsung XM3 Inspire şüşə tavana və 19-düymlük təkər disklərinə malikdir.
Qeyd etmək lazımdır ki, iki konseptin güc aqreqatları da fərqlidir. Rusiya üçün nəzərdə tutulan Arkana 1,3-litrlik turbomühərriklə təchiz edilsə də, XM3 Inspire modelinin kapotunun altında 90 at qüvvəli 1,5-litrlik turbodizel yerləşdirilib. Bunun səbəbi Koreyada dizellərə olan rəğbətdir.
Arkana modelinin koreya variantı Busandakı Renault-Samsung zavodunda istehsal edəcəkdirlər. Koreya variantı 2020-ci ilin birinci rübündə satışa çıxarılsa da, Renault Arkana modelinin seriya variantı yaxın aylarda təqdim edilməlidir.