Əsas səhifə Biznes sahələri Texnologiya 2024-cü ilədək biometrik qurğuların satışından əldə olunan gəlir 19 milyard dollara yaxınlaşacaq

2024-cü ilədək biometrik qurğuların satışından əldə olunan gəlir 19 milyard dollara yaxınlaşacaq

63
Paylaş

“ABI Research” analitiklərinin proqnozuna görə, 2024-cü ilədək biometrik funksiyalı qurğuların satışından əldə olunan gəlir 19 milyard dollara yaxınlaşacaq. Mütəxəssislər hesab edirlər ki, bu bazarda ən sürətli inkişaf edən seqment geyimə bərkidilən kameralar (Body-Worn Cameras, BWC) və videomüşahidə kameraları olacaq.

Dövlətin ictimai təhlükəsizlik, hüquq-mühafizə və terrorizmlə mübarizə sahəsindəki təşəbbüsləri nəticəsində 2024-cü ilədək müşahidə kameralarının tədarük həcminin 135 milyon təşkil edəcəyi gözlənilir. Bundan başqa, 2024-cü ilədək geyimə bərkidilən kameraların tədarük həcmi 1,6 milyon səviyyəsində gözlənilir.

Analitiklərin fikrincə, biometrik kilidlər daha bir perspektiv kateqoriya hesab edilə bilər. Əvvəllər bu seqment sözügedən qurğuların işində aşkar edilmiş qeyri-dəqiqliyə görə xeyli problemlər yaşayıb, ancaq Asiya-Sakit okean regionunda belə qurğulara tələbatın artması istehsalçıları bu texnologiyanı təkmilləşdirməyə vadar edib. “ABI Research” tədqiqat şirkətinin proqnozuna görə, 2024-cü ildə biometrik funksiya ilə təchiz edilmiş 24 milyondan çox biometrik kilid bazara tədarük ediləcək.

Yaxın gələcəkdə dövlət və vətəndaş sektorları, hüquq-mühafizə orqanları və sərhəd xidmətləri biometrik tanıma sistemli qurğulara xərclənmiş vəsaitin həcminə görə lider olacaqlar. Bundan başqa, korporativ sektor, bank və maliyyə sahələri, istehlak bazarı və səhiyyə tərəfindən dəstək gözlənilir.