“Google Photos” foto xidmətinə çat funksiyası əlavə edildi

Date:

Paylaş:

“Google Photos” foto xidmətinə çat funksiyası əlavə edilib. İndi sözügedən xidmətdə şəkilləri başqa istifadəçiyə və ya insanlar qrupuna göndərməklə yanaşı, həmçinin onlarla ünsiyyət saxlamaq mümkündür.

Yeni funksiyanın istifadəyə verilməsilə “WhatsApp” və ya başqa messenceri əvəz etmək planlaşdırılmır. Hər şeydən öncə “Google Photos” xidmətində çat imkanının əlçatanlığı ümumi albom yaratmadan və başqa proqrama keçid etmədən şəkilləri və ya videonu müzakirə etmək istəyənlər üçün əlverişli olacaq.

Mesaj yazmaq üçün media qalereyadan şəkil seçmək, paylaşmaq nişanına sıxmaq, əlaqə göstərmək, yaxud istifadəçini ad, telefon nömrəsi və ya poçt ünvanı üzrə tapmaq lazımdır. Bu halda şəkli qəbul edən şəxsdə “Google” hesabının olmağı vacibdir. Qrup çatına başlamaq üçün “Yeni qrup” seçmək və iştirakçıları əlavə etmək lazımdır.

Yaxın həftələr ərzində dünyada istifadəyə veriləcək yeni funksiya “iOS” və “Android” üçün mobil proqramlarda, həmçinin “Google Photos”un veb-versiyasında əlçatan olacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...