2020-ci ilin süni zəka sahəsində ən innovativ şirkətləri – TOP-10

Date:

Paylaş:

Fast Company jurnalı ən innovativ süni zəka şirkətlərinin reytinqini təqdim edib. 10-luğa bu şirkətlər daxildir:

Graphcore

Şirkət, maşın öyrənilməsi və süni zəka üçün sürətləndiricilər hazırlayır. Onlardan biri “sıfırdan süni zəka” üçün AI Chip prosessorudur. O, tam olaraq maşın öyrənilməsi modelini özündə daşıyır.

Persado

Email-marketinq üçün big data və süni zəkadan istifadə edir. Şirkətin alqoritmləri anonim istifadəçilərin elektron məktublara necə reaksiya vermələri barədə məlumatlardan istifadə edirlər. 2019-cu ildə Persado JPMorgan Chase ilə beş illik müqavilə imzalayır.

LivePerson

Şirkət süni zəka və ikitərəfli ticarət üçün proqram təminatı hazırlanması ilə məşğuldur. O, müştəri sorğularını ən yaxşı agentə yönləndirir, eyni zamanda daha da dəqiq olmağı öyrənir. Startap istehlakçılarla biznes arasında müxtəlif rabitə növləri üzərində çalışır – çatdan tutmuş Alex-ə kimi.

Şirkətin  məlumatına görə onun sayəsində agentlər ikiqat daha effektiv olublar, satışlar isə səsli qarşılıqlı əlaqələrlə müqayisədə 20% artıb.

Viz.ai

Viz.ai kompüter tomoqrafiyasını təhlil edir, sonra uyğun xəstəxanaların, prosedurların və həkimlərin qeyd olunduğu terapiya planını tərtib edir. Şirkətin məlumatına görə, onun müştəri bazası 2019-cu ildə 1600%-dən çox artıb.

Nvidia

Şirkətin GauGAN proqramı dərindən öyrənilmə köməyilə mətn yazılarını və ya cızma-qaraları yüksək keyfiyyətli fotorealistik şəkillərə çevirir. Şirkət qeyd edir ki, video-oyunlarla məşğul olan kinostudiya və şirkətlər ideyaların prototipini yaratmaq və rəqəmsal dekorasiyaların sürətlə dəyişdirilməsini təmin etmək üçün GauGAN-dan istifadə edirlər. Alimlər pilotsuz avtomobillərin öyrənilməsi üçün virtual dünyaların hazırlanmasında bu proqramı tətbiq edə bilərlər.

Hive

Hive alqoritmləri marketoloqlara özləri üçün münasib məzmun tapmaq imkanı yaradır. Məsələn,bu, televiziyada göstərilən filmdə maşını təqib etmə səhnəsindən sonra həmin maşının reklamı ola bilər. Şirkətin Mensio platforması reklamçılara hədəf auditoriyaları haqqında ən aktual məlumatlara sahib olmaları üçün 20 mln. ev haqqında xəbərlər təqdim edir.

Syntiant

Şirkət süni zəka alqoritmləri buraxmaq üçün aşağı gücə malik prosessorlar hazırlayır. Bu mikrosxemlər gadgetlərə əsasən səsli köməkçilər olmaqla, daha mükəmməl alqoritmlərin daxil edilməsi üçün tam uyğundurlar. Syntiant 2019-cu ildə Amazon, Microsoft, Motorola və Intel Capital-dan 30 mln.dollar cəlb edib.

Wint

Startap su sızmasının qarşısını alan proqram təminatı hazırlayır. Şirkətin məlumatına görə, kommersiya binalarında suyun 25%-i boşuna gedir ki,bu da su sızması səbəbindən olur.

Süni zəka əsaslı Wint aləti sudan istifadə ilə bağlı anomaliya hallarını aşkar edir. Sonra ticarət obyektləri və tikinti sahələrinə nəzarət edənlər borular partlamazdan qabaq suyu bağlaya bilirlər. Ötən il şirkətin gəliri 400% artıb.

Interactions

Interactions telefonla və onlayn-xidmətlər vasitəsilə qida sifarişlərinin qəbulu və dəqiq həyata keçirilməsi üçün süni zəkadan istifadə edir. Şirkət artıq 3 milyondan çox sifariş həyata keçirib.

Kasisto

Kasisto fərdi rəqəmsal maliyyə köməkçiləri yaradır. Onun KAI texnologiyasından banklar və başqa maliyyə qurumları istifadə edirlər. Təxminən 18 mln. adam mobil, onlayn və səsli kanallar yolu ilə KAI-yə giriş əldə edə bilir.

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...