“McDonalds”ın sürətli satış üçün 10 marketinq qaydası

Date:

Paylaş:

“McDonalds”ın əsas özəlliyi – ayaqüstü qida. “Ayaqüstü” (tezbazar) sözünün mənası məkanın atmosferində açıq-aydın öz əksini tapıb. “McDonalds”ın marketinqi restoranlarına daimi müştəri axınını təmin edir. Bu, çoxlu sayda qida məhsulları satışı ilə birbaşa əlaqəli olan bir marketinqdir.

Belə ki, bu restoranlar şəbəkəsinin marketoloqları satışları və mal dövriyyəsini necə artırmağı yaxşı bilirlər. Gəlin qəlyanaltı qidalar məkanı “McDonalds”ın 10 marketinq qaydası ilə tanış olaq:

1 . Məkan və mühit: insanlarla, növbələrlə dolu, boş yerin çox az olduğu balaca bir yer. Bura, saatlarca dostlarla oturmaq üçün olan bir yer deyil. Əgər yer tapa bilməsəniz sifarişinizi götürüb getməli olursunuz. Ən yaxşı halda hamburgerinizi balaca ayaqüstü stolun kənarında dayanıb yeyəcəksiniz. Mexanizm çox sadədir: sifariş etdin, götürdün, yedin ya yemədin çıxıb gedirsən. Konveyer prinsipi – məhsullar dayanmadan satılır.

2 . Mebelləri də bir o qədər rahat, yumşaq deyillər, hətta stolları stullarsız və hündürdürlər (ayaqüstü). Bir tərəfdən bu, qaydası üzrə elə də baha mebel deyil, digər tərəfdənsə heç komfortlu da deyil. Çox oturmaq olmur.

3 . Supermarketlərdəki musiqi ilə “McDonalds”dakı musiqiləri müqayisə edək. Fərq tam əksinədir. Supermarketlər uzun müddət orda qalıb çoxlu alış-veriş etməmizə görə həzin, relax-musiqilər səsləndirirlər və belə musiqilərin sədaları altında gəzə-gəzə hətta bəzən planlaşdırmadığımız nəyisə də almağımıza nail olurlar. “McDonalds”da isə yüksək templi musiqilər qoyurlar ki, insanlar tələssinlər və beləcə onları sanki məkanı tez tərk etməyə sövq edirlər. Bəs bu “qovulma” nə üçündür? Çoxlu sayda müştərinin sifariş də bilməsi üçün.

4 .“McDonalds”ın kassa işçilərinin qaydası – bir sifarişçiyə bir dəqiqədən çox vaxt ayırmamaq.

5 . Amerikada vəziyyət “absurd” həddədir: əgər 30 dəqiqədən artıq otursanız sizdən məkanı tərk etməyi istəyirlər.

6 . “McDonalds”a çox adam pulsuz internetdən istifadə etmək üçün gəlir. Burada noutbuk və planşetlər çox işləmirlər və bu da qəsdən düşünülüb. İçəridə bütün elektrik yuvalarını bağlayırlar.

7 . Satıcı-kassirlər “yox” sözünü işlədə bilməzlər. İşçilər əzbər leksikondan istifadə edirlər– marketinq gedişi.

8 . Maraqlıdır ki, tələsiyə düşən müştərilər çox vaxt özlərini itirirlər və porsiyanın miqdarını deməyi unudurlar. Belə olan halda müştəriyə maksimal porsiya hesablanır.

9 . Mətbəxdə işləyən əməkdaşlar tez-tez dəyişdirilirlər ki, müştəri çoxluğu səbəbindən ola biləcək yalnışlıqlar maksimal şəkildə azalsın.

10 . Yazılmamış bir qayda var: simpatik qızları işə almırlar. Belə ki, “McDonalds” özünü ailəvi restoranlar şəbəkəsi kimi təqdim edir və bura həftə sonunu öz ailəsi ilə keçirməyə gələn müştərilər də olur. Buna görə də, personal seçimində diqqət çəkməyən sadə görünüşlü əməkdaşlara yer verilir. Geyim formaları da çox səliqəlidir. Bundan başqa, içəridə, daim əlində pol ağacı olan əməkdaşlara da rast gəlmək mümkündür. Marketoloqların fikrincə, bu həm də təmizlik atmosferi yaradır.

“McDonalds”ın marketinq qaydalarında hələ çox sirlər var. Məsələn, ən çox qazanc içkilərdən gəlir və həqiqətən yüksək keyfiyyətli olsalar da bu, həddindən artıq şişirdilir. Amma yüksək satış sürətini təmin edən qaydalar xüsusilə diqqətəlayiqdirlər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...