Əsas səhifə Məqalələr Maraqlı 2020-ci il Tokio Olimpiadasının büdcəsi 12 milyard dollar olacaq!

2020-ci il Tokio Olimpiadasının büdcəsi 12 milyard dollar olacaq!

580
Paylaş

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının büdcəsi  35 milyon yen (təxminən 309 milyon dollar) azaldılaraq, 1 trilyon 350 milyard yenə (12 milyard dollardan bir qədər az) endirilib.

Oxu.Az xəbər verir ki, bu barədə oyunların Təşkilat komitəsi və Tokio administrasiyası məlumat yayıb.

Büdcə Tokiodan kənardakı yarışların təşkili üçün nəzərdə tutulan xərclərin Olimpiya lotereyasından əldən olunacaq gəlirlər vasitəsilə qarşılanması nəzərdə tutulduğu üçün azaldılıb.

Qeyd edək ki, başlanğıcda “Tokio-2020”-nin büdcəsi 18 milyard olub.