2018-ci ildə “Apple”in yenilikləri bunlar olacaq

0
776

ABŞ-ın “Apple” texnoloji korporasiyasının nümayəndələri 2018-ci ildə bazara çıxması gözlənilən yeni cihazlarını açıqlayıb.

Məlumata görə, 2018-ci ildə “Apple” korporasiyasının bütün heyranları “Homepod” “ağıllı” səsgücləndiricisinin satışa çıxmasını gözləməli olacaqlar. Bu “ağıllı” səsgücləndirici bazarda yeni seqmenti tuta biləcək unikal və yeganə tərtibat olacaq.

Bundan başqa, yaxın zamanlarda “Apple” “AirPower” adlanan və mobil cihazların naqilsiz enerji ilə doldurulması üçün nəzərdə tutulan xalçasını da satışa çıxarılacağını elan edib.

Ən əsası isə bu ilin sentyabr ayında daha üç yeni smartfonun təqdimatı gözlənilir. Bu smartfonların hər biri daha əvvəlki flaqmanlardan ciddi şəkildə fərqlənəcək, həmçinin də “Face İD” innovativ sifət skanerinə malik olacaqlar.

lent.az