Dünyanın 187 ölkəsinin 1400-ə yaxın nümayəndəsi Cenevrədə, plastik tullantıların qlobal ixracını tənzimləyən razılıq imzalayıblar.
Razılıq, inkişaf etmiş ölkələr üçün, onların ərzisinə digər ölkələrdən zibil atılmasının qarşısını almaq imkanını təmin edir. Qeyd edilir ki, sənəd 10 may axşam imzalanıb – onu 12 gün davam edən məsləhətləşmədən sonra təsdiqləyiblər.
Məlumatda deyilir: “ Razılıq, 1989-cu ildə imzalanmış, təhlükəli tullantıların transsərhəd üzrə ötürülməsinə nəzarətlə bağlı Bazel konvensiyasına əlavə kimi qəbul olunub. Paktı, dünya üzrə ən iri plastik tullantılar ixracatçısı ABŞ imzalamayıb”.
Pakt, Asiya və Afrikaya çirkli və problemli plastik tullantıların ixracının qadağası mümkünlüyünə nəzarət edir. BMT-nin ətraf mühitlə (UNEP) bağlı Proqramının icraçı katibi Rolf Payet açıqlayıb ki, razılıq icra üçün mütləqdir.
BMT –dən bildiriblər ki, dünya okeanında artıq 100 milyondan çox plastik tullantı var. Mütəxəssislərin sözlərinə görə, ildə tullantıların həcmi, daha 8 milyon tona qədər artır.
DW yazır ki, bir çox ölkələr, əsas da ABŞ və Kanada artıq uzun illərdir ki, Asiya ölkələrinə plastik tullantılar ixrac edirlər və təsdiqləyirlər ki, orada onları yenidən lazımlı məqsədlər üçün işləyib istifdə edirlər.