Samsung şirkəti ön kameranı birbaşa ekranın alt hissəsinə yerləşdirməyə imkan verəcək yeni texnologiya üzərində çalışır

Date:

Paylaş:

 Mühəndislər hələ də smartfon ekranlarının tamamilə çərçivəsiz olmalarının yollarını axtarırlar. Bəziləri bunun üçün ön kameranı smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirir, bəziləri isə smartfonun özünü slayder formatında hazırlayırlar. Bəziləri isə Samsung şirkəti kimi ön kamera üçün nəzərdə tutulmuş kiçik çıxıntı hissəli ekranların istehsalı ilə məşğul olurlar. Lakin bütün bunlar müəyyən müddətlik qərarlardır və Samsung şirkəti bunu yaxşı başa düşür.

    Çinin Mydrivers saytının son hesabatlarına əsasən Samsung mühəndisləri ön kameranı birbaşa ekranın alt hissəsinə yerləşdirməyə imkan verəcək yeni texnologiya üzərində çalışır. Bu barədə Macdigger saytı xəbər verib. Bu texnologiya smartfon ekranının çərçivələrini maksimal dərəcədə kiçiltməyə və ön kamera üçün ekran səthinin müəyyən hissələrini qurban verməməyə yardımçı olacaq.

    Samsung şirkətinin bu cür texnologiya üzərində çalışması barədə məlumatlar daha əvvəllər də yayılmışdı. Lakin şirkət bu barədə rəsmi bir məlumat vermirdi. Bu ideyanın mühəndislər tərəfindən necə reallaşdırılacağı barəsində hələki heç bir məlumat yoxdur. Buna görə də smartfon ekranını tamamilə çərçivəsiz edəcək texnologiyaların necə olacaqları barəsində sadəcə olaraq ehtimallar qurmaq olar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...