Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri 14 milyard emoji və #fortnite həştəqi: Instagram 2018 -ci ilin nəticələrini açıqlayıb

14 milyard emoji və #fortnite həştəqi: Instagram 2018 -ci ilin nəticələrini açıqlayıb

344
Paylaş

Instagram sosial şəbəkəsi, istifadəçilərin davranışını analiz edərək ilin nəticələrini açıqlayıb.

Ən məşhur “sticker” Heart Love Sticker, Stories-də istifadə sayına görə ən məşhur filtr isə Heart Eyes seçilib.

Şəbəkə dünyada ən xoşbəxt yer kimi Tokiodakı Disneyland-ı seçib, səbəb isə onun altyazılarında rekord sayda “smilies” istifadə olunmasıdır

#fortnite həştəqi ilin ən güclü sürətlə artan “hashtag” kimi seçilib

İlin ən yaxşı fan birliyi kimi BTS (#btsarmy), rəqs hərəkatı kimi isə #inmyfeelingschallenge adlandırılıb.

Bu il milyonlarca insan öz mövqeyini nümayiş etdirmək üçün Instagram sosial şəbəkəsindən istifadə edib. Bunu bizə #metoo (1.5 milyon), #timesup (597 min), #marchforourlives (562 min) həştəqləri göstərir.

Xatırladaq ki, bir qədər əvvəl “Google Ukrayna”, məşhurluğuna görə ilin sorğularını təqdim etmişdir.