Google Nyu-Yorkdakı yeni kampusuna $1 milyard sərmayə yatırır

Date:

Paylaş:

158 min m2  sahəsinə malik olan yeni kampusa  Hadson küçəsində yerləşən iki bina və Vaşinqton küçəsində Manxetten ərazisindəki ofislər daxil olacaq. Bu barədə Google şirkətinin maliyyə direktoru olan Rut Porat, korporasiyanın blogunda bildirib.

Bu, Google-a New-Yorkda Hudzon çayı ərazisində varisliyini genişləndirməyə imkan verəcək. Xatırladaq ki, bir qədər əvvəl isə şirkət, pərakəndə satış və ofis kompleksi olan Chelsey Market-i $2 milyard satın aldığını elan etmişdir.

Chelsey Market və “Google Hudson Square” sərmayə yatırımı, şirkətə növbəti onillikdə Nyu-Yorkdakı işçilərin sayını iki dəfə artırmağa kömək edəcək. Hal-hazırda Google şirkətinin Nyu-Yorkdakı kampusunda 7 mindən çox işçi çalışır.

“Nyu-Yorkda yatırdığımız sərmayələr, Amerika obyektlərinə, ofislərinə və iş yerlərinə sərmayə yatırmaq arzumuzun böyük hissəsidir”, deyə Rut Porat bildirib.

Vesti.Ekonomika tərəfindən bildirildiyi kimi, Google şirkətinin ana şirkəti olan Alphabet Inc, Danimarkanın Frederisiya şəhərində yeni məlumat mərkəzinin tikintisinə 4,5 milyard Danimarka kronu və ya $690 milyon sərmayə yatırmaq niyyətindədir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...