Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri $137 milyon investisiyası olan Blippar bağlanması barədə məlumat yaydı

$137 milyon investisiyası olan Blippar bağlanması barədə məlumat yaydı

299
Paylaş

Məhkəmə şirkət üçün müvəqqəti rəhbərlik təyin edəcək, bütün işçilər isə işdən çıxarılacaq.

İngiltərədəki qanunla administrasiyanın təyin olunması prosesi, ABŞ-dakı iflas ərizəsinə bənzəyir, bu, rekapitalizasiyaya və biznesin satışına gətirib çıxara bilər CNBC dəqiqləşdirib. Jurnalistlər xatırladıb ki, Blippar daha əvvəl sərmayəçilər tərəfindən $1,5 milyard dəyərində qiymətləndirilib.

Blippar – 2011-ci ildə yaradılmış və artırılmış reallıq (Argumented reality)  texnologiyaları ilə işləmək üçün alətləri inkişaf elətdirən platformadır. Bu layihə ümumilikdə $137 milyon sərmayə cəlb etmişdir. Blippar öz çıxışında daxili münaqişədən danışaraq, əlavə maliyyə dəstəyinə ehtiyacı olduğunu bildirib.

Direktorlar şurasının bu məsələ ilə bağlı müsbət rəy bildirməsinə baxmayaraq, problem həllini tapmamışdı. Bunun səbəbi səhmdarlardan birinin bu ideyanın əleyhinə səs verməsindən ibarət olmuşdur. TechCrunch-a görə, söhbət təxminən $5 milyon-dan gedirdi. Qərarın əleyhinə səs verən tərəf, Malayziya hökumətinin strateji investisiya fondu olan Khazanah olub.

Blippar detalları açıqlamayıb, lakin İngiltərənin məhkəməsi tərəfindən təyin olunacaq yeni rəhbərliyin şirkət üçün alıcı axtaracağını söyləyib. Çox güman ki, Blippar yeni rəhbərliyin nəzarəti altına keçəndən sonra, startup-ın xidmətləri öz fəaliyyətini dayandıracaq, şirkətin bütün əməkdaşları isə işdən çıxarılacaq.