$133 milyon investisiyaya malik olan Basis kripto layihəsi bağlanır

Date:

Paylaş:

Komanda sabit kurslu kriptovalyutanı yaratmaq istəyib, lakin ABŞ-ın qanunverici orqanlarının tələblərini nəzərə almayıb.

Amerikanın Intangible Labs şirkəti, sabit kurslu Basis kriptovalyutanın yaradılması layihəsini bağlayacaq. Bu haqda öz fikrini Intangible Labs şirkətinin rəhbəri olan Nader Al-Naci layihənin internet saytında açıqladı.

2018-ci ilin aprel ayında Basis, Google Ventures, Andreessen Horowitz, Bain Capital Ventures, Stenli Drakenmiller və başqaları kimi böyük investorlarları cəlb edərək onlardan $133 milyon sərmayə ala bilib. Hal-hazırkı vəziyyətə uyğun olaraq Al-Naci bütün pulları sərmayəçilərə qaytarmağı vəd edib.

Basis komandası, digər  kriptovalyutalara nisbətən daha az dəyişkən bir kriptovalyuta yaratmaq istədi. Basis modeli qiymətlər aşağı düşdükdə tokenlərin avtomatik olaraq alınmasını, artdıqda isə yeni tokenlərin buraxılmasını nəzərdə tutmuşdur.

Layihə rəhbəri, Basis layihəsinin bağlanmasını, ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) tətbiq etdiyi qaydalardan irəli gələn çətinliklərlə əlaqələndirmişdir. 2017-ci ilin iyul ayından etibarən tənzimləyici, buraxılan bütün tokenləri qiymətli kağızlarla bərabərləşdirmişdir. Nəticədə, birinci ildə Intangible Labs, tokenlərin alışını ABŞ-da akkreditə olunmuş sərmayəçilərlə məhdudlaşdırmalı idi, Əl-Nacin Forbes ilə söhbətində izah edib.

“Təəssüf ki, ABŞ-ın qiymətli kağızların tənzimləmə qaydaları sistemi bizim planlarımıza mənfi təsir etdi.  Bütün normativ sənədləri nəzərdən keçirmiş hüquqşünaslar, qiymətli kağız statusundan qaça bilməyəcəyimizi bildiriblər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...