2019-cu ilin yanvar-dekabr ayında Azərbaycan 605,816 mln. ABŞ dolları dəyərində 628,510 min ton meyvə-tərəvəz ixrac edib.
Bizplus.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2018-ci ilin dekabr ayında isə Azərbaycan 559,628 mln. dollar dəyərində 621,028 min ton meyvə-tərəvəz ixrac edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 46,188 milyon dollar (8%) və 7,482 min ton (1,2%) çoxdur.