Əsas səhifə Məqalələr Maraqlı Labüd olan baş vermir… – Fetric qanunu

Labüd olan baş vermir… – Fetric qanunu

70
Paylaş

Fetric qanunu; Mütləq baş verməli olan hadisə baş vermir, xüsusilə bu hadisəni irəlicədən müşahidə edəndə.

Bu qanunun yaradıcısı NBS radio şirkətinin əməkdaşı, mühəndis Kloyd Fetricdir.

Bir dəfə o qaranquşların Cənubi Kaliforniyadakı qışlamaya keçməsi haqqında xüsusi verilişi birbaşa efirə vermək fikrinə düşmüşdür. Son 200 il ərzində hər il qaranquşlar oktyabrın 23-də yola düşür və martın 19-da qayıdırlar. Şirkət xüsusi avadanlıq təşkil edib, oktyabrın 23-nə Kaliforniyaya gətirilməsinə xeyli vəsait və zəhmət sərf etmişdi. Bütün tamaşaçılar həyəcanla bu reportajı gözləyirdi. Lakin məlum oldu ki, qaranquşlar hansısa səbəbdənsə bir gün əvvəl yola düşmüşlər…

Fetric qanunu 1986-cı ildə qəzaya uğramış “Çelencer” kosmik gəmisinin faciəsi səbəbini daha dərindən anlamağa imkan verir. O vaxt Amerika qeri-adi reportajlara-kosmosdan veriləcək dərsləri dinləməyə hazırlaşmışdı: bu dərsləri ABŞ-ın gənc müəllimləri arasında kosmosa uçmaq uğrunda keçirilən müsabiqənin qalibi aparmalı idi.
Start günü milyonlarla amerikalı gəminin kosmosa buraxılışını televiziya ilə canlı izləyirdi, çoxları daha yaxından izləmək üçün kosmodroma yollanmışdılar.
Və gəmi uçuşun elə 100-cü saniyəsində hamının gözü qabağında partladı, astronavtların 7-si də həlak oldu.

Fetric qanununa ən müxtəli hadisələr və situasiyalar da aid edilə bilər.

Məsələn:
– Öz kefi üçün gündə yüz dəfə çubuğun üstündən tullanan it, sizə lazım gələndə bunu etməyəcək.
– Sərbəst surətdə qısa cümlələr quran körpə, siz qonşunun yanında öyünmək məqsədilə onu danışdırmaq istəsəniz, ya lal kimi susacaq, ya da təkid etsəniz qiyyə çəkib ağlayacaq, ancaq bir kəlmə də danışmayacaq.