Ən varlı dövlət başçıları

Date:

Paylaş:

10. Nursultan Nazarbayev – Qazaxıstan prezidenti

Qazaxıstan Kommunist Partiyasının qurucusu Nazarbayev 1989-cu ildən bəri ölkəyə başçılıq edir. 1991-ci ildə müstəqilliyini qazanan Qazaxıstan xalqı səsvermə yolu ilə Nazarbayevi prezident seçib . Prezidentin xüsusi bank hesablarında 1 milyard dollar nağd pul olduğu hesab edilir.

9. II.Albert – Monako Şahzadəsi

II.Albert FransaMonakoda bir çox daşınmaz əmlaka sahibdir. II.Albert yalnız Monako deyil, Grimaldini də idarə edir. Təxmini gəliri isə 1 milyard dollardan çoxdur. Eyni zamanda dünyanın ən varlı kral üzvləri arasında da iştirak edir.

8. VI.Məhəmməd – Mərakeş Kralı

VI.Məhəmməd atasının ölümündən sonra 1999-cu ildə Mərakeş Krallığının başına keçib. Əvvəllər Mərakeş Dövlətinə aid olan investisiya şirkəti SNI hissələrinin 40 faizinə yaxını miras olaraq VI.Məhəmmədə qalıb. Bu həddindən çox böyük bir məbləğdir. SNI hissələri ilə birlikdə Mərakeşin ən böyük bankı Attijariwafa, mədən şirkəti olan Managem Group, şəkər şirkəti olan Consumar, Centrale Laitiere süd firması kimi bir çox mülkün də rəhbərliyini əlində saxlayır. Forbesin məlumatına görə Məhəmmədin ümumi qazancı 2.1 milyard dollardır.

7. Tamim bin Hamad Əl Tani – Qətər Əmri

Atasının 2013-cü ildə taxtdan getməsiylə Qətər Əmri olan Tamim bin Hamad dünyanın ən gənc hökümdarıdır. Tamim bin Hamad bir çox bankın səhmlərinə sahibdir. Bundan əlavə Avropanın ən uzun binası olan Shardın da ortağıdır. Sərvəti 2 milyard dollardır.

6. II.Hans Adam – Lixtenşteyn Şahzadəsi

II.Hans Adam Lixtenşteyndə olduqca böyük bir gücə malikdirLixtenşteyn Global Trust Bankın sahibi olan şahzadə, Avropanın da ən varlı əsilzadəsidir. Onun sərvəti 4 milyard dollardır.

5. Məhəmməd bin Rəşid Al Məktum – Dubay Əmiri

Dubay əmirinin ailəsinin var dövləti 44 milyard dollara yaxındır. Dubai Holding’in 99.67 faizi ona məxsusdur. Burj Al Arab, Palm Islands, Burj Al Khalifa kimi Dubayın simvolu hesab edilən tikililərin arxasında da onun adını eşitmək mümkündür. Sərvəti 4 milyard dollardır.

Maraqlı ola bilər: Ən varlı ərəb şeyxləri

4. Hassanal Bolkiah – Bruney Sultanı

1967-ci ildə atası taxtdan çəkildikdən sonra onun yerini aldı. Sultan Bolkiah dünyanın ən böyük avtomobil kolleksiyalarından birinə sahibdir. Kolleksiyadakı ən özəl avtomobillərdən biri dünyanın ən bahalı limuzini olan qızıl örtüklü Rolls Roycedur. Bruney sultanının sərvəti isə 20 milyard dollardır.

3. Xəlifə bin Zaid ən-Nəhayyən 

Xəlifə bin Zaid ən-Nəhayyən təxmini olaraq 23 milyard dollarlıq şəxsi sərvətə sahibdir. Bununla yanaşı ənNahayyənin ailəsinin 150 milyard dollarlıq sərvətə sahib olduğu güman edilir. Şeyx Xəlifə Birləşmiş Ərəb Əmirlikləri başçısıdır. O, bu vəzifəyə 2004-cü ildə rəsmi olaraq təyin edilmişdir. Atasının sağlamlıq vəziyyəti pis olduğu üçün 1990-cı illərdən bəri vəliəhd Şahzadəsi kimi başçılıq etməkdə idi. Abu Dabi İnvestisiya Fondu təxmini olaraq 773 milyard dollar varlığı ilə dünyanın ən böyük 2-ci fondudur.

2. Bhumibol Adulyadej – Tayland Kralı

1946-cı ildən Tayland kralı olan Abdulyadej səxavətli olması ilə tanınır. Adulyadej, dünyanın ən varlı əsilzadəsi ve Tayland tarixinin ən uzun müddətli hökümdarı olaraq qəbul edilir və var dövləti 30 milyard dollar həcmindədir.

1. Vladimir Putin – Rusiya prezidenti

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin aylıq gəliri 80 min dollardır.. Ancaq siyasətçi Stanislav Belkovsky Putinin Qazprom ve Gunvor kimi benzin və qaz şirətlərindən öz hesabına 40 milyard dollar ötürdüyünü iddia edir. Bütün iddialara baxmayaraq Putinin sərvətinin dəqiq dəyəri bilinmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...