Volkswagen şirkəti məhşur Beetle modelinin buraxılışını dayandırıb. Ən sonuncusu çərşənbə günü Meksika zavodundan buxarılıb. Şirkət orada 1967-ci ildən maşınlar yığır.
Sonuncu Beetle muzeyə göndəriləcək.
Ferdinand Porşe ilk “Juke” modelini 1938-ci ildə Adolf Hitlerə verib. Bu model xalq avtomobili kimi işlənmişdi: sadə ekspluatasiya olunan və əlverişli.
Lakin İkinci dünya müharibsi zamanı model məşhur olmayıb.
Müharibədən sonrakı illərdə isə “Juke” ikinci həyatını yaşayıb.1955-ci ildə milyondan çox model buraxılıb. 1960-cı illərdə isə avtomobil rəsmən “Juke” adını alıb və bütün dünya üzrə tanınıb.
Uğurla işlənmiş konstruksiya və dizayn modeli uzun illər dəbdə saxlayıb.
Arxa hissədə yerləşən mühərrik çətin şərtlərdə mükəmməl sürət yığmanı təmin edir.
“Juke”un birdən çox versiyası olub. Şirkət daha bir yenisini təqdim edib – model Volkswagen Golf –la tamamlanıbş mühərriki isə önə keçirilib. 2003-cü ildən isə şirkət “Juke”un yenilənmiş Beetle New versiyasını istehsal etməyə başlayıb.
Bu model həm polis, həm də təcili tibbi yardım maşınları kimi istifadə edilib.