Great Wall Motor Avropada batareya istehsalı fabrikinə 2 milyard dollar investisiya ayırıb

Date:

Paylaş:

Çinin Great Wall Motor şirkəti Avropada nəhəng batareya istehsalı fabrikinin tikintisinə 2 milyard dollar investisiya ayırıb.

Şirkət  “ucuz” batareyaların kobaltsız yeni nəslini buraxacaq.

Zavod tikintisinə 2020-ci ildə başlanacaq, batareyalar isə 2022-ci ildə buraxılacaq. Məkanı isə məlum deyil.

Yeni zavod ilk mərhələdə 20 QVt/saat gücündə batareyalar işləyib hazırlayacaq. 2025-ci ilə bu həcmin 24 QVt/saata çatdırılması planlaşdırılır.

Great Wall, batareya istehsalı buraxılşı üçün Svolt adı altında tam bir bölmə yaradıb. Məhz o, batareyaların həm işləməsinə həm də satışına nəzarət edəcək. Avropa zavodlarında  batareyanın ilk sifarişçisi yəqin ki, Great Wall şirkətinin özü olacaq.

Şirkət Çançjou şəhərində də artıq müəssisə tikir. Orada 70 QVt/saat gücündə batareyalar olacaq.

“Biz ABŞ da daxil olmaqla bütün dünya üzrə beş istehsal bazası qurmağı planlaşdırırıq, lakin buna vaxt lazımdır” – deyə, Svolt-un rəhbəri Yang Hongxin bildirib – “Plan ondan ibarətdir ki, 2025-ci ildə 100 QVt/saat olsun”.

Şirkət həmçinin bildirib ki, o, kobaltsız litium-ion batareyalarının işlənib hazırlanmasında da “əsaslı nailiyyətlər” əldə edib. Bu, azalmaqda olan bahalı mineraldan imtina etməyə can atan batareya istehsalçılarının əsas məqsədidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...