Əsas səhifə Biznes Biznes məqalələri “Əsrin meneceri” və onun biznes qaydaları

“Əsrin meneceri” və onun biznes qaydaları

218
Paylaş

2020-ci ilin 1 martında  “General Electric” şirkətinin keçmiş baş diektoru Jack Welch dünyasını dəyişir. O, konsernə 20 illik idarəçiliyi dövründə onu böhrandan qurtarır, bazar dəyərini 14 mlrd. dollardan 400 mlrd. dollara kimi qaldırır və ”əsrin meneceri” kimi tanınır. Effektivliyi yüksəltmək üçün  əməkdaşların sayını kütləvi surətdə azaltdığından onu həm də “neytron Jack” adlandırırlar. Jack özünün biznes qayda və prinsipləri ilə də seçilib:

        Dəyişikliklər

Özünüz dəyişin, nə qədər ki buna məhkum olmamısınız.

Dəyişkənlik – biznesin bugünki reallığı. Dəyişikliklərə hazır olmaq güclü cəhətdir. Düzdür, dəyişikliyə görə şirkət bir müddət tam çaşqınlıq içində ola bilər. Amma əgər bu çaşqınlıq yoxdursa demək ki, siz əslində nəyin baş verdiyini sadəcə bilmirsiniz.

Dəyişmək istəməsəniz bunu sizin yerinizə edən birisi mütləq tapılacaq.

Biznesdə uğur – real dəyişikliklər baş verəndə ona reaksiya vermək bacarığıdır. Kənar dəyişikliklərin sürəti daxildəki dəyişikliklərin sürətini artıranda son yaxınlaşır.

Təkəbbürlülük məhv edə, özünə inam isə qalibiyyət gətirə bilər.

Bu iki anlayış arasında çox böyük fərq var. Özünə inam kimin irəli sürməsindən asılı olmayaraq yeni ideylara və dəyişikliklərə açıq olmaq deməkdir. Özünə inamlı insanlar öz baxışlarının şübhə ilə qarşılanmasından qorxmurlar. Onlar zəka savaşlarından zövq alırlar və öz ideyalarını zənginləşdirirlər.

Başqalarının ideyaları üzərində mübahisə etmək xoşuma gəlir.

Heç kim mübahisələrə mənim qədər həvəsli ola bilməz. Bu elə bir işdir ki, siz sanki əvvəlcə bir anda rəqibinizi qucaqlamaq sonra isə onunla savaşmaq istəyirsiniz. Səhvlərini etiraf etmək istəməyən insanlara şirkətdə yer yoxdur.

       Səhv etmək qorxusu

Səhvlər barədə söhbətlər əməkdaşları fəaliyyətlərində daha azad edir, sıxıntını və səhv etmək qorxusunu aradan qaldırır.

İnvestisiya bankına rəhbərlik edəndə sistemdə uğursuzluqlarımız oldu və Wall Street Journal-ın səhifəsinə düşdük. Bütün bu səhvləri mən etiraf etdim və onlar haqqında danışdım.

Əsl rəhbərlər öz nümunələrində komandanı eksperimentlərə sövq edirlər və səhvlərdən qorxmurlar.

Onlar risk etməyə və öyrənməyə ruhlandırırlar. Qalib-şirkətlər risklərlə işləyirlər və təcrübədən öyrənirlər.

Eksperimentlər – inkişafın açarıdır. Arxayın olun ki, komandanız özündən əmindir və mümkün səhvlərdən qorxmur.

        Otaqdakı ən axmaq adam

Liderlər – qeyri-ənənəvi və intuitiv qərarlar verməyə cəsarəti olanlar.

Onlar başqalarının fikrindən asılı olmayaraq öz intuisiyalarına qulaq asırlar. Çətin qərarlar çoxlu şikayət və müqavimətlə qarşılaşırlar. Liderin üzərinə düşən vəzifə – dinləmək, izah etmək və irəli hərəkət etməkdir. Liderlər verdikləri qərarlarla dəyərləndirilirlər, çünki onların seçimi  təşkilatın ümumi uğurunu müəyyən edir. İnamı, şəffaflığı və dəqiq baxışı təmin edin və o zaman komandanız qərarınızı düzgün olsa da olmasa da dəstəkləyəcək.

Liderin gündəlik fəaliyyəti insanların inkişafına xidmət etməlidir.

Ancaq ən yaxşı oyunçuları olan komandalar qalib gəlirlər, ona görə də liderlər öz enerjilərini və vaxtlarını iştirakçıların dəyərləndirilməsinə, öyrənilməsinə və inkişafına sərf etməlidirlər. Komandanın gördüyü işi demək və əməkdaşlarda inam yaratmaq vacibdir.

Komandanı heçnə maraqlanmayan bir lider qədər ruhdan sala bilməz.

Lider həm təlimçi həm də azarkeş olmalıdır. Effektiv liderlər neqativlə mübarizə aparırlar və hamını öz optimizmləri ilə ürəkləndirirlər. Onlar pis iqtisadiyyata və güclü rəqabətə imkan vermirlər ki, komandanın inamını yox etsinlər və mümkün səhvləri artırsınlar.

Lider otaqdakı ən axmaq kimi görünəndə belə özünü çox komfortlu hiss edir.

Onun işi – mümkün bütün sualları vermək. Lider, qərar və təklifləri, həmçinin, bazardakı vəziyyəti müzakirə edərək deyir: “Əgər belə olsa?”, “ Niyə yox?” , “Bu necə alınacaq?” Onun şübhə ilə əhatə olunan maraq dairəsi daha geniş və keyfiyyətli qərarlar qəbul etmək üçün müzakirəni qızğın edir.

Əməkdaşlara nə etmələri barədə buyruq verməyəndə onlar daha çox iş görürlər.

İnsanlar özləri sərbəst şəkildə qərar verməlidirlər. Nə qədər az idarə etsən bir o qədər yaxşıdır. Ciddi nəzarət  və bürokratiya şirkətin rəqabət ruhunu məhv edir.

Lider, insanları öz aydın baxışı ilə ruhlandırır – necə daha yaxşı etmək olar.

O, ideyalar düşünür və baxış formalaşdırır. Əməkdaşlar da bunlardan da çıxış edərək  fəaliyyətə başlayırlar. Buna görə də əsl lider düzgün ideya formalaşdırır və yorulmadan ardınca gedərək onu reallaşdırır.

        Kiçik qalibiyyətlər və sadəlik

İstənilən kiçik qalibiyyəti qeyd etmək lazımdır.

Belə bir şadlıq əməkdaşlara qələbə əhval-ruhiyyəsi aşılayır, pozitiv enerji atmosferi yaradır. Bu təkcə davranış psixologiyası fəndlərindən biri deyil, həm də korporativ mədəniyyətə inteqrasiya olunmalı vərdişdir. Kiçik qələbələr də böyüklər qədər dəyərlidir. Nəticədə məhz kiçik məqsədlərə çatmaq böyük qələbələrə yol açır.

Əsl lider səhv salmır, sadəliyə can atır.

İşçilər şəffaflıq və dəqiqlikdən qorxmamalıdırlar, onlar təşkilatlarındakı hər bir adamın (yuxarı vəzifədən tutmuş aşağı vəzifəyə kimi) biznesin nəyə can atdığını bildiyinə əmin olmalıdırlar. İnanmazsınız ki, insanlara sadə olmaq necə çətin gəlir, onlar sadə olmaqdan necə qorxurlar.

Sadə mesaj sürətlə yayılır, sadə dizayn bazara tez çıxır.

Özünüzdə sadə olmağa cəsarət tapın. Sadəlik – incəsənətdir. Qərarların qəbul edilməsini ləngidən və çətinləşdirən yüklənmələrdən yaxa qurtarın.

İşçiləri işdən çıxarmalı olanda belə düşünmək lazımdır: “Onları yola salanda da sevin, necə ki, onlarla birgə yola çıxanda onları sevmisiniz”.

Bundan başqa : “Qovulmaya xərclənən dollar heç vaxt xərcləmədiyiniz qədər ən ucuzudur”. Bu iki qaydaya əməl etməklə bir çox xoşagəlməz hallardan yayınmaq olar. Sizi ədalətli birisi kimi tanıyacaqlar. Ola bilsin ki, başlanğıcda insanlar sizi sevməsinlər, amma zamanla hörmət etməyə başlayacaqlar.

          Kiçik şirkətlərin üstünlükləri

Şirkətinizi təlim təşkilatına çevirin və ideyalar mübadiləsi və sərbəst ünsiyyət atmosferi yaradın.

Əsas rəqabət üstünlüyü – istənilən mənbədən və istənilən bir yerdən daim öyrənmək bacarığı və istəyi, həmçinin,əldə edilən biliyi təcrübədə sürətlə reallaşdırmaq qabiliyyəti.

Özünüzü kiçik bir şirkət kimi göstərin.

Kiçik şirkətlər sadə və qeyri-rəsmi olurlar. Onlarda bürokratiya olmur, bizneslərini daxildən inkişaf etdirirlər. Kiçik şirkətlər yaxşı ideyalarla qurulurlar. Onlara içşi lazım olur və ona görə də onlar aktiv surətdə yeni əməkdaşlar cəlb edirlər, onları həvəsləndirirlər və nəticələrdən asılı olaraq qovurlar. Kiçik şirkətlər yüksək hədəflər qururlar və ona doğru can atırlar.

Şirkətiniz sahə üzrə dördüncü və ya beçinci yerdədirsə deməli, siz təhlükəli zonadasınız.

Birinci olmaqla siz aşağı mövqedə olanlar çətin zamanlarını yaşadığı müddətcə taleyinizə nəzarət edirsiniz. Birinci yerdə deyilsinizsə, daha güclü olmaq üçün yollar axtarın.

“Biznes öz sahəsi üzrə bazar payı baxımından birinci və ya ikinci olmalıdır, əks halda onu satmaq lazımdır”.   Jack Welch