Əsas səhifə Biznes sahələri Avtomobil Ən bahalı avtomobil hesab edilən Bugattinin yaranma tarixçəsi

Ən bahalı avtomobil hesab edilən Bugattinin yaranma tarixçəsi

1549
Paylaş

Bugatti şirkətinin ilk yaradıcısı Ettore Bugatti idi və o şirkəti 1909-cu ildə təsis etmişdi. Ettore hələ uşaq ikən yüksək sürətlə maraqlanırdı və bu da onun həyatını avtomobillərlə bağladı. 1908-ci ildə mühəndis kifayət qədər uğurlu Type 10 modelini yaratdı. Bundan dərhal sonra o öz adı ilə adlandırdığı avtomobil istehsal edən şirkətini yaratdı. Və beləliklə bir əfsanə başladı…

1898-ci ildə Ettore öz ilk avtomobilini yaratmış və onu Type 1 adlandırmışdı. Bunun ardınca Type 2 də yaradıldı. Avtomobil elə qeyri-adi formada yaradılmışdı ki, 1901-ci ildə Milanda sənaye sərgisində mükafatlara layiq görülmüşdü.

Bu markanın tarixində ən parlaq hissə keçən yüzilliyin 30-cu illərinə təsadüf edir. 1924-cü ildə Type 35 GP yarışı avtomobili yaradıldı. Bu model yarışlarda 1800 qələbəyə nail oldu və ən sürətli avtomobil kimi məşhurlaşdı. 1927-ci ildə öz dövrü üçün ən dəbdəbəli və prestijli avtomobil hesab edilən Type 41 Royale modeli yaradıldı.

1999-cu ildə Bugatti ticarət nişanı Volkswagen avtomobil istehsalçı şirkəti tərəfindən əldə edildi. Bu iki istehsalçı tərəfindən ilk birgə yaradılan avtomobili italyan dizayner Fabrisio Giugiaro tərəfindən hazırlanmışdı.

2005-ci ildə Volkswagen Veyron 16.4 adı altında unikal texniki xüsusiyyətlərə malik yeni avtomobillərin istehsalına başladı. Bu model öz adını 1939-cu ildə Le-Manda keçirilən 24 saatlıq yarışın qalibi Pyer Veyrona borcludur.

Veyron 16.4 ictimai yollarda sürülməsinə icazə verilən dünyanın ən bahalı, ən sürətli avtomobilidir. Ehra-Lessien trassında rəsmi təcrübələr zamanı Veyron-un maksimal sürəti 407km/saat təşkil edirdi. Bu nailiyyət onu dünyanın ən sürətli avtomobili etməklə yanaşı, həm də onu dünyanın ən dinamik avtomobili edir.