Əsas səhifə Biznes Biznes məqalələri Əbədi üsyançı Larry Ellison: milyarderin uğur sirləri

Əbədi üsyançı Larry Ellison: milyarderin uğur sirləri

187

“Oracle” şirkətinin rəhbəri həyata, işə necə yanaşmaqdan danışıb və bildirib ki, bütün rəqibləri “sınmalıdırlar”.

Larry Ellison, Forbes-ə görə Bill Gates və Warren Buffett-dən yalnız bir neçə pillə aşağı olmaqla ABŞ-ın milyarderləri siyahısında gəlir. Onun sərvəti 60 mlrd. dollardan çox dəyərləndirilir.

Dünyanın proqram təminatı üzrə ən iri korporasiyası olan “Oracle”ın həmtəsisçisi və rəhbəri qorxulardan, “dəliliklər”dən, qalibiyyətlərdən və naharların faydasından bəhs edir.

Risk etməmək yaşamamaq deməkdir.

Məni dəlisov adlandıranda çoz xoşuma gəlir. Bu, mənə görə digərlərindən daha mükəmməl, yeni nəsə birşey etdiyimiz anlamına gəlir.

Düşünürəm ki, uğur hərisliyi ən məhsuldar insanları uğursuzluq qorxusu qədər motivasiya etmir.

Hər dəfə təssəvvür edəndə ki, üfüqdə məni uğursuzluq ehtimalı gözləyir, dayanmadan işləməyə başlayıram.

Məni fərqləndirən cəhət həmişə o olub ki, mən ümumi baxışlara zidd getməyə, ekspertlərə şübhə ilə yanaşmağa meylli olmuşam və hakim qüvvələr qarşısında əyilməmişəm.

Yaxşı təhsil biznesdə bir üstünlükdür, amma uğura zəmanət deyil.

Bizim şirkətdə belə bir qayda olub – həftədə  heç olmasa üç dəfə birlikdə nahar etmədiyimiz şəxsləri işə götürmürdük.

Sadəcə xoş olsun deyə hər kəs tərəfindən rəğbətlə qarşılana biləcək sosial cavablar verməyə meylli deyiləm.

Öz məhsullarımızı rəqiblərinki ilə müqayisə edirik. Yalan danışmırıq. Sadəcə, onların edə bilmədiyini edə bildiyimizi deyirik.

Xatırladığım qədər yaşadığım ən güclü qorxu hissi məktəbdən evə gələndə anamın evdə olmadığını görəndə olub.

Mənim üçün birinci ailə gəlir, sonra isə “Oracle”dakı işim.

Hər hansısa naməlum ekspertləri özüm üçün ekzistensial həyat bələdçilərinə çevirmək ideyası məndə heç vaxt əks-səda doğurmadı.

Addımlarımı həmişə iki nöqteyi-nəzərdən təhlil etməyə çalışıram: nə dərəcədə ədalətli və əxlaqidirlər və nə dərəcədə praktikidirlər.

İnsanlar mənə səhv olduğumu sübut edəndə xoşuma gəlir. Bu möhtəşəmdir! Mən səhv olmaq istəmirəm. Buna görə də məni səhvlərdən geri çəkdikləri üçün minnətdar oluram.

“Oracle”ı yaradanda mən sadəcə məmnunluqla işləyə biləcəyim bir əhatə qurmaq istəyirdim.

Həmişə üsyankar olmuşam.

Müştərinin nə istədiyini bilmirəm. Bunu soruşmağa üstünlük verirəm.

Güclü qorxu dəhşətli birşeydir. Amma bir qədər təhlükə və həyəcan hissi keçirmək mənim üçün zövqverici bir kokteyl kimidir.

Kompüter sənayesi yeganə sahədir ki, dəb baxımından qadın dəb sənayesindən daha yüksəkdədir.

Mən qələbələrə bağlı bir insanam. Qalib gəldikcə daha da çox qələbə qazanmaq istəyirsən.

Məhsullarımz qorxunc ola bilər, amma digərlərindən üstün olduqları müddətcə qazanacağıq.

Yenidən həyata gəlmək şansım olsaydı, özümü kompüter işlərinə deyil, genetika mühəndisliyinə həsr edərdim.

Sizə ağlınızı itirdiyinizi deyirlərsə, bu, yaxşıdır. Pis olanı, ünvanınıza bununla bağlı ittihamların deyilməməsidir.

“Birinci” olmağa qadir deyilsənsə, demək ki, sənin biznesdə heç bir işin yoxdur.

Biz sürətli inkişafla asta inkişaf arasında deyil, ölümlə həyat arasında seçim aparırıq.

Mən daim biznes barədə düşünürəm. Amma belə hesab etmirəm ki, daim ondan danışmalıyam.

Mənim üçün sadəcə qalib gəlmək azdır. Ətrafımdakı  hər kəs “məhv olmalıdır”.