Dünyanın investisiya bazarında yeni yatırım növü yaranıb

Date:

Paylaş:

Dünyanın kapital bazarında yeni alət parlamağa başlayıb.

Bizplus.az xəbər verir ki, söhbət bahalı incəsənət əsərləri, o cümlədən məşhur rəssamların qiymətli şəkillərinə yatırımlardan gedir.

Qiymətli şəkillər hər il bahalaşdığına görə, olduqca gəlirli yatırım növü sayılır və varlı alıcıların sevimli investisiya alətlərindən sayılır. Doğrudan da Baskiyatın şəkilləri 2000-ci ildən indiyədək ildə 17% bahalaşıb, Pikasso, Benksi, Uorxolun şəkilləri də hər il sürətlə dəyər qazanır.

«Deloitte»un bir qədər əvvəl rəyini soruşduğu şirkət rəhbərlərinin 88%-i etiraf ediblər ki, öz yatırım portfelinə sənət əsərlərini də daxil etmək niyyətindədirlər, çünki bu sahə çox gəlirlidir.

Amma sənət əsərləri bahadır və onları almağa heç də bütün investorlarıın pulu çatmaz – «Amma mənim 10 milyon dollarım yoxdur ki, Baskitin şəkillərini alım!»-deyə investorlar bildirirlər.

Yeni yatırım platforması olan «Masterworks» da məhz belə investorlar üçündür. 2017-ci ildə yaradılan «Masterworks» imkan verir ki, bir şəkli almağa yüzlərlə, hətta minlərlə insan yatırım etsin və sonra onun satışından faydalansın. Başqa sözlə, yeni platformanın sayəsində bahalı şəkilləri almaq üçün 10 milyon dolların olmasına  ehtiyac yoxdur. Cəmi 20 dollarv olan investor da bura pul yatıraraq qiyməti milyonlarla dollar olan sənət əsərlərindən pay ala bilərlər.

«Masterworks»un yaradıcısı keçmiş texniki sahibkar olan Skott Linndir. O sənət əsərlərinə çoxsaylı uğurlu yatırımlardan sonra bu şireəti yaradıb. Linn bildirir: «2012-ci ildə mən rəssam Villem de Kuninqin rəsm əsərini 7,4  milyon dollara aldım, iki il sonra isə 13,5 milyona satdım».

Londondakı «Liv-ex» şərab birjasının direktoru entoni Maksvell isə bildirir ki, insanlar həm pullarını artırmaq, həm də qiymətli əşyalarını toxunulmaz saxlamaq üçün yer axtarırlar. Qiymətli sənət əsərlərinə yatırım bu baxımdan əvəzolunmazdır.

Bu platforma imkan verir ki, investorlar Pikasso, Benksi və başqa tanınmış rəssamların şəkillərində paya sahib olsunlar. Onlar satılanda isə (yəni daha baha qiymətə satılanda) alıcılar həmin paya uyğun gəlir götürürlər.

Hazırda «Masterworks» belə əsərlərin alqı-satqısı üçün fond birjası yaradır. Birjanın yaradılmasında blokçeyn texnologiyasından, daha dəqiqi ağıllı müqavilələrdən istifadə olunacaq ki, sifarişi geri götürmək mümkün olmasın.

«Masterworks»da yatırım çətin deyil – proses o vaxt başlayır ki, «Masterworks» böyük potensiala malik olan (yəni gələcəkdə baha satmaq mümkün olan) şəkli bazar qiymətindən aşağı qiymətə alır.

Yeri gəlmişkən, söhbət investisiyalardan getdiyi üçün şəkillər diqqətlə seçilir. Ekspert-analitiklər və alıcılar qarşıdakı auksionları analiz edir və statistik analiz vaasitəmilə böyük potensialı olan şəkilləri müəyyən edirlər. Bu zaman tarixi faktlar, şəklin tarixi, analoji sənət əsərlərinin satışı tarixçələri, rəsm əsərinin vəziyyəti haqqında hesabat və digər məsələlər nəzərə alınır.

Bundan sonra şirkət ABŞ-ın qiymətli Kağızlar və birjalar komissiyasına (SEC) müraciət edir və razılıq alaraq həmin şəklin səhmlərini investorlara satır. Nəticədə investorlar həmin səhmləri birjada da alıb sata bilərlər, ya da sakitcə şəklin daha baha qiymətə  satılacağını gözləyə bilərlər.

Şirkət artıq o qədər də böyük olmayan, amma qiymətli incəsənət əsərləri kolleksiyasının sahibidir. Burada Klod Monenin «Coup de Vent» və Endi Uorxolun «Coloured Marilyn» kimi əsərlər var. Bu şəkillər müvafiq olaraq 6,3 milyon və 1,82 milyon dollara alınıb. Uorxolun şəkli səhmləri saytla satılan ilk rəsm əsəridir. 99 825 ədəd aksiyanı biri 20 dollardan almaq olar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...