Türkiyədə azərbaycanlı gənc silinməyən yol boyası yaradıb

2
1024
Türkiyədə təhsil alan 17 yaşlı Cavid Bayramlı və Kerem Acar adlı iki məktəbli kimya sahəsində uğurlu bir işə imza atıblar. Bu fikir onların ağlına evə gedən zaman yolda baş verən yol qəzasından sonra gəlib.
Qəzanın səbəbi yolda çəkilən işarənin silinməsi olub və həmin gün araşdırıblar ki, Türkiyədə baş verən qəzaların bir çoxu silinən yol nişanları səbəbindən baş verir. Bundan sonra onlar yeni bir boya növü yaratmaq qərarına gəliblər.
İlk boyanın istehsalına 2016-cı ildə başlayıblar və 2 ildən sonra boyanın tam versiyası ərsəyə gəlib. Bu boya digərlərindən fərqli olaraq 3-6 ay ərzində silinmir. Minimum 2 il boya öz rəngini qoruya bilir.

2 COMMENTS