Paytaxtda ictimai iaşə dövriyyəsi 205,3 milyon manat təşkil edib

0
604

2018-ci ilin yanvar-mart aylarında paytaxtda ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 205,3 milyon manat təşkil edib. Dövriyyənin 99,6 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxtda iaşə dövriyyəsinin 45,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə ötən ilin yanvar-mart aylarına nisbətən müqayisədə 21,0 faiz artaraq 94,0 milyon manat təşkil edib.