Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 6 milyon 993,86 dollar təşkil edib

0
991

2017-ci ildə Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 6 milyon 993,86 dollar təşkil edib. Bu barədə AZƏRTAC-a Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib.

Məlumata görə, hesabat dövründə Azərbaycandan Moldovaya 241,55 min dollar dəyərində məhsul ixrac edilib. Ötən il Azərbaycan Moldovadan 6 milyon 752,31 dollar dəyərində məhsul idxal edib.