“Microsoft” 35 milyon ədəd “Xbox One” oyun avadanlığı satıb

0
845

Mütəxəssis Daniel Ahmadın məlumatlarına əsasən, bütün dünya üzrə “Xbox One” oyun avadanlıqlarının satışlarının sayı 35 milyon ədədə yaxınlaşıb.

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bu məlumatlar NPD analitik şirkəti tərəfindən qeydə alınıb. Ancaq ABŞ-ın “Mictosoft” şirkəti 2014-cü ildən bu yana bu barədə məlumatları dərc etmir.

Bununla belə, mütəxəssislər əmindirlər ki, “Xbox One X” oyun avadanlığı hazırda ABŞ-da “PS 4 Pro” oyun avadanlığından daha yaxşı satılır. “Nintendo Switch” oyun avadanlığının tirajı isə 14,86 milyon ədəd təşkil edir.

Müqayisə üçün bildirək ki, 2017-ci ilin sonu üçün satılan “PlayStation 4” oyun avadanlığının ümumi sayı 73,6 milyon ədəd təşkil edib.