Elon Musk: “Zavodda yatıram”

0
797

Tesla zavodunda işlər yaxşı getmir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkətin rəhbəri Elon Musk həftənin 7 günü zavodda qaldığını, evə gedə bilmədiyini açıqlayıb.

Bəs Musk-ı bu vəziyyətə salan səbəblər nədir?

Elon Musk CBS This Morning adlı bir proqramda Gayle King-in suallarına cavab verib. Son 3 ayını stressli keçirdiyini deyən Musk zavodda yatdığını bildirib:

“Çünki bu yuxu üçün çox əyləncəli bir yerdir, bilirsiniz, qorxunc!”.

King-in “Niyə fabrikdə yatırsınız?” sualına isə o, “Çünki evə getmək və duşa girmək üçün vaxtım yoxdur” cavabını verib.

Musk onu bu hala Tesla Model 3 istehsalının gətirdiyini deyib.

Hazırda həftəyə 2500-dən çox Tesla Model 3 istehsal edən şirkətin planı 3 ayda həftədə 5000 avtomobil istehsal etməkdir.